Məhkəmə qərarları › İş №2(004)-4056/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4056/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4056/2023 21.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası 1942-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Yasamal rayonunda evdə vəfat etmişdir. Bu fakt ünvana çağırılan təcili tibbi yardım xidmətinin həkimləri tərəfindən də qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün tələb olunan ölüm haqqında tibbi arayışı almaq üçün anasının yaşayış qediyyatı üzrə Sabunçu rayon poliklinikasına müraciət etmişdir. Lakin poliklinikada ona bildirmişlər ki, anası orada qeydiyyata düşməmiş, müalicə almamış və onun xəstəliyi barədə onlarda məlumat yoxdur. Bu səbəbdən məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Ona görə də, 1942-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sədlik edənin sualına cavab olaraq bildirmişdir ki, anası Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir. Ölüm faktının təsdiqi anasından qalan əmlakın vərəsəlik qaydasında həlli üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, Ərizəçi həyat yoldaşı, mərhum X4 isə qaynanasıdır. Qaynanası mədə xorası və şəkər xəstəliyindən əziyyət çəkirdi. Son vaxtlar vəziyyəti daha da pisləşmişdi. 23 may 2023-cü il tarixdə Yasamal rayonunda evdə vəfat etdi. Vəfat etdiyi gün təcili tibbi yardım çağırmışlar. Lakin həkim gələnədək qaynanası X4 vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçi anası, mərhum Səidə Məmmədova isə nənəsidir. Yaşlı olduğundan bir çox xəstəlikdən əziyyət çəkirdi. Son günlər yataqdan qalxa bilmirdi. Dəqiq tarix yadında deyil, bu ilin may ayında rəhmətə getdi. Həmin gün iki dəfə təcili tibbi yardım çağırmışlar. Sonuncu çağırışda həkim gələnədək nənəsi X4 vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı 00184462 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1942-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV- 485496 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxx 1976-cı il tarixdə anadan olmuşdur. Anası X4, atası X9r. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X23” “Bakı şəhər Baş Səhiyyə İdarəsi” “X23” 21 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 571 saylı məktubundan görünür ki, X1 son beş il müddətində 7 saylı BX PŞ-da müayinə və müalicə üçün müraciət etmədiyindən ölüm haqqında şəhadətnaməni vermək mümkün deyil. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-20xx/xx/2023 nömrəli məktubundan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X7 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15.18 radələrində ünvan 4 ünvanına X1 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi X.İsmayılova yerinə yetirmişdir. 1942-ci il təvəllüdlü X2 vəfat etdiyini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 347 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mərhum Sabunçu Rayonu Bilgəh qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü X1 23 may 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X1 23 may 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar