Məhkəmə qərarları › İş №2(004)-4082/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4082/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4082/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X1nun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1nun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.04.1921-ci il təvəllüdlü X1nun 23.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 23.04.2021-ci il tarixdə saat 08.00 radələrində ünvan 1 ünvanında, yəni özünün yaşadığı evdə ürək tutmasına görə qəfildən rəhmətə getmişdir. Mərhum atası axşam özünü yaxşı hiss edirmiş, artıq çəkisinə görə ürək ağrıları var imiş, ancaq sağlam adam imiş. Səhər saatlarında anası imsaka oyandığı zaman atası da durub su istəmiş, içib yatmışdır. Səhər saat 8 radələrində anası onu oyatmağa çalışsa da, heç bir nəticəsi olmamışdır. Çağırış əsasında 08.30 radələrində Yasamal rayon 4 saylı Təcili yardım bölməsinin həkimləri hadisə yerinə gələrək, ölüm faktına dair arayış vermişdir. Atasının dəfnindən sonra ərizəçi ərizəsi üzrə Poliklinikaya müraciət etsə də, atası Ərizəçi adına olan tibbi kitabça olmadığına görə ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Eyni zamanda atasının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnaməni verə bilməyəcəklərini, ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirmişlər. Bu səbəbdən 23.04.1921-ci il təvəllüdlü X1nun 23.04.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Ərizəçi əmisi oğlu, mərhum X2 qardaşı oğludur. Ərizə onunla birlikdə işləyir. Mərhum xəstə olmasa da, ağır çəkidən əziyyət çəkirmiş, arabir ürək ağrılarından və psixoloji sıxıntılardan şikayətlənirdi. 23.04.2021-ci il tarixdə saat 08.00-09.00 radələrində zəng vasitəsilə ona məlum oldu ki, əmisi rəhmətə gedib. O, evə gələndə Təcili yardım maşını və polis inspektoru orada idi. Həmin vaxt mərhum X4 artıq keçinmişdi. Dəfn mərasimində də iştirak etmişdir. Qala kənd qəbiristanlığında, babası, yəni mərhumun atasının yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi anası, mərhum X2 həyat yoldaşıdır. Mərhumun hər hansı xəstəliyi yox idi, sadəcə ağır çəkili idi. Nevroliji müalicələr də alırdı. 23.04.2021-ci il tarixdə saat 05.30 radələrində qalxıb ondan su istəmiş, su içdikdən sonra yatmışdır. Saat 08.15 radələrində o, imsak vaxtı mərhum yoldaşı X2 artıq öldüyünü görmüşdür. Təcili yardım çağırılmış, lakin təcili yardım gələndə artıq o keçinmişdir. Mərhum atasının yanında Qala kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 02 iyun 2021-ci il tarixli 05/76 1808/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. 39 nömrəli Şəhər Poliklinikası ərizəçiyə ünvanlanmış 139 saylı 02 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan mərhum X2 ölüm səbəbinin qəfləti olduğuna görə (qəfləti yuxuda ölüm) tərəflərindən ölüm haqqında şəhadətnamə verilə bilməz. Bakı şəhəri Təcili və X8 Stansiyasının 4 saylı Bölməsinin 31 may 2021-ci il tarixli 49 nömrəli arayışdan görünür ki, 23.04.2021-ci il tarixdə saat 08.30 radələrdə ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi Məmmədova.N yerinə yetirmiş və 1966-cı il təvəllüdlü X2 vəfat etməsini qeyd etmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 31.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2001-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. AZE 16959644 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12.05.1966-cı il tarixdə Laçın rayonu Minkənd kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 12.05.1966-cı il təvəllüdlü X2 23 aprel 2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçinın ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.05.1966-cı il təvəllüdlü X2 23 aprel 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar