Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4085/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Hərbi Kollecinin rəisi polkovnik İntiqam Mirzəyevin barəsində verdiyi 28 aprel 2025-ci il tarixli 111 saylı əmrinin ləvğ edilməsi, işinə bərpa, məcburi boşdayanmaya görə ona pul ödənilməsi, istifadə etmədiyi məzuniyyətə görə pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx xxxx 1965-ci il tarixində anadan olmuş, istefada olan zabitdir. Ordu sıralarından tərxis olunduqdan sonra hərbi təşkilatlarda hərbi və mülki vəzifələrdə işləmişdir. İşində həmişə sədaqətlə və vicdanla çalışmışdır. O, 2023-cü ilin oktyabr ayında yeni yaranan və Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Bakı Hərbi Kollecində fiziki hazırlıq müəllimi (yeni yarananda Heydər Əliyev adına Ali Hərbi İnstitutun tərkibində işə başlamışdır. Onu heç bir səbəb və əsas olmadan Bakı Hərbi Kollecinin Mirzəyev 28 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi ilə işdən azad edilməyi barədə 111 saylı əmr vermişdir.İşdən azad olunmağı barədə əmr ona rəsmi olaraq 14 may 2025-ci il tarixdə təqdim edilmişdir. Uzun müddət bu sahədə işləməyi, işində sədaqətlə və qüsursuz xidmət etməyi nəzərə alınmamışdır. Barəsində qərəzli və əsassız əmr verilmişdir. Kollec rəisi polkovnik Mirzəyev İntiqamla söhbət etmiş, qanunsuz əmrini dəyişmək və yaxud onu başq bir işlə təmin etməyini təklif etmişdir. O, isə qərarının qəti olduğunu və qərarını dəyişməyəcəyini bildirdi. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində davam etdirilə bilməməsi arayışı almışdır. Daha sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kolleci xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Hərbi Kolleci arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq fiziki hazırlıq bölməsinə əsas iş yeri olmaqla müəllim vəzifəsinə işə qəbul edilərək 3 ay sınaq müddəti tətbiq olunmaqla 1 il müddətinə əmək müqaviləsi bağlanmış və Bakı Hərbi Kollecinin rəisinin 28 aprel 2025-ci il tarixli 111 nömrəli əmri ilə İddiaçın əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsəsən 28 aprel 2025-ci il tarixdən olaraq bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və həmin məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən iddiaçı ilə son haqq- hesab edilmişdir. Bununla da, əmək hüquq münasibətlərinə xitam verilərkən maddi və prosedur xarakterli normalarının pozuntularına yol verilmədiyindən iddia tələbi tamamilə əsassızdır. İddiaçının işdən azad edilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri tam gözlənilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin nümayəndəsi Nümayəndə “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan tələbin əmrin ləğv edilməsi və işə bərpa hissəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecində fiziki hazırlıq müəllimi vəzifəsindən azad edilmiş, həmin əmrdən elə həmin gün xəbəri olmuşdur. Əmr qanunsuz çıxarıldığından ləğv edilməli, işə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı hissədə iddia müddətini ötürmüşdür. İddianın rədd edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00708 saylı Arayışdan görünür ki, İddiaçı “əmrin ləğv olunması, işə bərpa, əmək haqqının ödənilməsi tələbi” barədə mediasiya prosesinin tətbiqi barədə təklifi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə xx.xx.2025-ci il tarixdə göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin xx.xx.2025-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qutardıqda) 28 aprel 2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və son-haqq hesab ödənilmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli, 18 saylı əmrdən görünür ki, İddiaçı 26 aprel 2024-cü il tarixdən fiziki hazırlıq bölməsinin müəllimi vəzifəsinə 3 ay sınaq müddəti ilə qəbul edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə, müddətli bağlanmış, müddətin qutardığı tarix xx.xx.2025-ci il olmuşdur. İş materiallarında olan 10 aprel 2025-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti tanışolma siyahısında göstərilən tarixdə bitir. Əmək məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq, bağlanan əmək müqaviləsi işə götürən tərəfindən və ya onun şəxsi təşəbbüsü ilə xitam verilə bilər, yaxud 1 il uzadıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə fiziki hazırlıq bölməsinin müəllimi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin xx.xx.2025-ci il tarixli, 111 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qutardıqda) 28 aprel 2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, iş materiallarından göründüyü kimi işçinin əmək müaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bundan əlavə iş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00708 saylı Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən 37 gün sonra müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin fiziki hazırlıq müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş və İddiaçı isə mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı həmin əmrdən çıxarıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə məlumatlı olmuş, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra (7 gün) iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1335/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 3 ulduz qərarda müddətli əmək müqaviləsinin bağlanma halına münasibətdə göstərilən hüquqi mövqeyi hazırki mülki iş üzrə nəzərə alına bilməz. Belə ki, İddiaçı əvvəllər başqa idarələrdə çalışmış, sonuncu dəfə İddiaçı 26 aprel 2024cü il tarixdən fiziki hazırlıq bölməsinin müəllimi vəzifəsinə 3 ay sınaq müddəti ilə qəbul edilmiş, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam veriləcəyinə dair 10 aprel 2025-ci il tarixdə işçiyə müvafiq xəbərdarlıq göndərilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin xx.xx.2025-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qutardıqda) 28 aprel 2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və son-haqq hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmuş, müddətin bitmə tarixi xx.xx.2025-ci il tarixi olmuşdur. İşəgötürənin əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam vermək hüququ yaranmışdır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir. Bunaunla da, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4085/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4085/2025
30.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver