Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4117/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X5 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayonunda vəfat etmişdir. Təcili və X2 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və Respublika Təcili və X2 Mərkəzi” PHŞ Nəsimi TTTYS tərəfindən ölüm haqqında xx.xx.2025-ci il tarixli xəbərdarlıq vəsiqəsi verilmişdir. Ərizəçinin mərhum atası Xocasən qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də yaşadığı ərazi üzrə AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 Bakı Baş Səhiyyə X6 Şəxs 39 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixli 18-1-1-11/2-İ-275-42- 8/2025 saylı imtina məktubu verilmişdir. Bununla yanaşı müvafiq ölüm haqqında şəhadətnamənin alınması məqsədilə ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindən də xx.xx.2025-ci il tarixli 3-16-5/8-2472/205 saylı imtina məktubu verilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması vərəsəlik işinin açılması üçün tələb olunur.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Təcili və X2 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
8. 39 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış xx.xx.1955-ci il təvəllüdlü atası X5 poliklinikaya hər hansı bir xəstəliklə müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Xəstənin ölüm səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir.
9. Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2304 nömrəli arayışa əsasən müəyyən olunur ki, X5 xx.xx.2025-ci il tarixində Xocasən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəbirstanlığında dəfn edilmişdir.
10. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, ölümü təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, X5 onun atasıdır. Atası xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Dəfn mərasimi keçirilmiş, dəfndə iştirak etmişdir.
12. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktı müəyyən edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
18. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil