Məhkəmə qərarları › İş №2(004)-4132/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4132/2021

13.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4132/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “hesablanmamış məzuniyyət pulunun, bonus məbləğinin, həmin məbləğlərə hesablanmış faizin və dəymiş maddi mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “hesablanmamış məzuniyyət pulunun, bonus məbləğinin, həmin məbləğlərə hesablanmış faizin və dəymiş maddi mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Proses gedişatında tərəflər məhkəməyə barışıq sazişi təqdim etmişdilər. Barışıq sazişinin şərtlərinə görə: “1.1. İddiaçı cavabdehlər BOKT “xxxx” MMC-yə qarşı “hesablanmamış məzuniyyət pulunun, bonus məbləğinin, həmin məbləğlərə hesablanmış faizin və dəymiş maddi mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbindən imtina edir. 1.2. Cavabdeh BOKT “xxxx” MMC bu barışıq sazişi təsdiqləndikdən sonra 10 (on) gün müddətində 1000 (bir min) manat məbləğindən vergi çıxıldıqdan sonra qalan məbləği İddiaçı ödəməyi öz öhdəsinə götürür.” Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh BOKT “xxxx” MMC arasında bağlanmış barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə: “1.1. İddiaçı cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “hesablanmamış məzuniyyət pulunun, bonus məbləğinin, həmin məbləğlərə hesablanmış faizin və dəymiş maddi mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbindən imtina edir. 1.2. Cavabdeh BOKT “xxxx” MMC bu barışıq sazişi təsdiqləndikdən sonra 10 (on) gün müddətində 1000 (bir min) manat məbləğindən vergi çıxıldıqdan sonra qalan məbləği İddiaçı ödəməyi öz öhdəsinə götürür.” İddiaçı cavabdeh BOKT xxxx MMC-yə qarşı “hesablanmamış məzuniyyət pulunun, bonus məbləğinin, həmin məbləğlərə hesablanmış faizin və dəymiş maddi mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar