Məhkəmə qərarları › İş №2(004)-4136/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4136/2024

03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4136/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “ASAN” Xidmət mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktın müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “ASAN” Xidmət mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizə, habelə məhkəmə gedişatında AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsinə dəqiqləşdirmə verərək, xx.xx.1957-ci il təvəllüdlü X4 04 iyul 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 ilə X2 nikaha daxil olmuşdular. X3 ağır gedişli şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Ölümündən 1 ay əvvəl qanlı qanqrena olduğundan sol bud çanaq nahiyəsində cərrah tərəfindən müdaxilə olunmuşdur. Vəziyyəti ağırlaşdığından xx.xx.2024-cü il tarixində mərhum anasını xəstəxanaya apardılar. Daha sonra xx.xx.2024-cü il tarixində vəziyyətində heç bir dəyişiklik olmadı və həmin gün xəstaxanadan çıxışını gerçəkləşdirdilər. Belə ki, o xx.xx.2024-cü il tarixində xəstəliyinin ağırlaşması səbəbindən vəfat etmişdir. Vəfatından sonra təcili tibbi yardım stansiyasına müraciət edilmiş və BŞT VƏ TTYS PHS 4 saylı Bölməsi Təcili və X6 Stansiyası tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 3 Nömrəli Şəhər Poliklinikasına müraciət etdi. Müraciətinə oradan müsbət cavab verilməyərək ölüm haqqında şəhadətnamə verilməmişdir. Qeyd etdi ki, poliklinikaya müraciət edərkən onda olan bütün sənədləri, doğum şəhadətnaməsi ilə birlikdə pasportu da təqdim etmişdilər. Daha sonra tərəflərindən müvafiq qeydiyyat şöbəsinə müraciət edildi. Qeydiyyat şöbəsindən də müraciətinin icrasından imtina edilmişdir. Qoşmaya əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi X1r atası isə X5r. Qoşmaya əlavə edilmiş məzarın fotoşəkildən də göründüyü kimi X3 ailə məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Х-ЖГ, 344264 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 21 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X1r. Azərbaycan Respublikasi Təcili və X6 Stansiyasının 4 saylı bölməsinin “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, 04 iyul 2024-cü il tarixdə İ Alatava, ev 18 A ünvanına X4 adına çağırış daxil olmuş, 14:00-da xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 4 saylı bölmənin həkimi Ə.Rəsulov yerinə yetirmişdir. Ünvanda xx.xx.1957-ci il təvəllüdlü X4 vəfat etdiyi aşkar olundu. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 3 Nömrəli Şəhər Poliklinikasının 06 iyul 2024-cü il tarixli, 18-1-1-1/2- B-683-xx-xx/2024 məktubundan görünür ki, X4 adına şəxsiyyətini təsdiq edən sənəd olmadığından mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət “ Mərkəzində Qeydiyyat şöbəsinin 3-16-5-/8-1970/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi (forma 106) təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 08 may 1957-ci il tarixində Sabirabad rayonunda anadan olmuş X4 04 iyul 2024cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 may 1957-ci il tarixində Sabirabad rayonunda anadan olmuş X4 04 iyul 2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar