Məhkəmə qərarları › İş №2(004)-4137/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4137/2023

07.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4137/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “ikinci tərəf-Maraqlı şəxs İləsən oğlu övladı xx.xx.2017-ci il təvəllüdlü X1 birinci tərəfin-Ərizəçi himayəsinə keçməsinə etiraz etmir, Maraqlı şəxs Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 20-dək ayda cəmi 220 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ikinci tərəflə-Maraqlı şəxs ilə ünsiyyət qurmağına heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürür” məzmunlu Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixində aramızda bağlanılmış MŞB/11- 00417 saylı barışıq sazişinin aşağıda göstərilən şərtlərdə təsdiq edilməsi barədə barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvanı ünvan 1 Bundan əlavə, ərizədən göründüyü kimi ərizəçi öz ünvanını ünvan 2 qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri— yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçinin qeydiyyat ünvanı ünvan 3dan ərizəyə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi aidiyyatı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar