Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4156/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində qızı Maraqlı şəxs arasında nəvəsi X9 ilə ünsiyyətə dair mediasiya prosesi nəticəsində barışıq sazişi bağladıqlarını, barışıq sazişinin məcburi icrası üçün mediasiya prosesi nəticəsində əldə edilən MŞB/MT015/2025-0136/03 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəmə iclasında ərizənin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2025-0136/03 nömrəli barışıq sazişinin 2 bəndinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/MT015/2025-0136/03 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən, “1. Tərəflər nəzərə alaraq ki, a) X9 (bundan sonra nəvə adlandırılacaq) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(004)- 5633/2017 saylı qətnaməsinə əsasən, nəvə anası X4 (bundan sonra ana adlandırılacaq) yanında qalması müəyyən edilmişdir. (qeyd:xx.xx.2021-ci il tarixdən ananın soyadı Şərifova kimi dəyişdirilmişdir.) b) Ərizəçi (bundan sonra nənə adlandırılacaq) Maraqlı şəxs (bundan sonra ana adlandırılacaq) anasıdır və nəvəsi ilə qarşılıqlı razılıqla müəyyən ediləcək vaxtlarda ünsiyyətdə olmaq istəyini daşıyır. Hazırki ailə məsələsini məhkəmədən kənar öz aralarında barışıqla həll edirlər.
2. Tərəflər nənənin nəvə ilə ünsiyyətinin təmin olunması üçün aşağıdakı iki qaydanı müəyyən edirlər: a) Şənbə günü saat 9.00-dan bazar günü saat 20.00-dək olan müddətdə, gecəni ananın nəvənin olduğu yerdə qalmaqla, ananın iştirakı ilə maneəsiz şəkildə. b) Şənbə və bazar günü (hər iki gün) saat 13.00 də, qarşılıqlı razılaşdırılmış yerdə, nəvənin ana tərəfindən nənəyə verilməsi və 16.00-da nənə tərəfindən anaya geri verilməsi nəzərə alınmaqla, şənbə və bazar günü 13.00-16.00 arasında ananın iştirakı olmadan ünsiyyət imkanı.
3. Nənə və Ana hər həftə nəvənin də istəyini nəzərə alaraq yuxarıda razılaşdırılmış imkanların hər nansı birindən istifadə edə bilərlər.
4. Tərəflər təsdiq edir ki, bu Sazişdə razılaşdırılmış öhdəliklər tam və ya qismən icra olunmadığı halda hazırki məsələ ilə bağlı bu Barışıq Sazişinin məcburi icrası ilə bağlı aidiyyəti məhkəməyə müraciət olunacaq.” İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2(004)-5633/2017 nömrəli qətnaməsinə əsasən X4 iddiası qismən təmin edilərək, X7 və X6 arasında 12 may 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN Xidmət" X5 bağlanmış və nikah akt qeydləri kitabının 1701 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 02 mart 2017-ci ildə anadan olmuş X8 anası X4 yanında qalması müəyyən edilməsi, 02 mart 2017-ci ildə anadan olmuş X1 üçün X2 X4 xeyrinə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutulması, alimentin tutulması 01 iyun 2017-ci il tarixdən X9 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciət məktubuna əsasən onun xx.xx.2017-ci il tarixində X9 adında nəvəsi dünyaya gəldiyini, hal-hazırda nəvəsilə ünsiyyət saxlaya bilmədiyini, qızı Maraqlı şəxs nəvəsi ilə ünsiyyətinə şərait yaratmadığını bildirərək, nəvəsi ilə ünsiyyətini təmin etməklə bağlı məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona yardım edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının müavininin vətəndaş Ərizəçi xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən: “Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.” Qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq qaldırılan məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər.Həmçinin qeyd olunmuşdur ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmədə müəyyən edilmişdir ki, hazırda Ərizəçi (nənə) qızı Maraqlı şəxs (ana) ilə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/MT015/2025- 0136/03 nömrəli barışıq sazişinin 2-ci bəndinin (2.Tərəflər nənənin nəvə ilə ünsiyyətinin təmin olunması üçün aşağıdakı iki qaydanı müəyyən edirlər: a) Şənbə günü saat 9.00-dan bazar günü saat 20.00-dək olan müddətdə, gecəni ananın nəvənin olduğu yerdə qalmaqla, ananın iştirakı ilə maneəsiz şəkildə. b) Şənbə və bazar günü (hər iki gün) saat 13.00 də, qarşılıqlı razılaşdırılmış yerdə, nəvənin ana tərəfindən nənəyə verilməsi və 16.00-da nənə tərəfindən anaya geri verilməsi nəzərə alınmaqla, şənbə və bazar günü 13.00-16.00 arasında ananın iştirakı olmadan ünsiyyət imkanı) təsdiq olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi X7 və X3 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X9 ilə onun (nəvənin) istəyi nəzərə alınaraq şənbə günü saat 9.00-dan bazar günü saat 20.00-dək olan müddətdə, gecəni ananın nəvənin olduğu yerdə qalmaqla, ananın iştirakı ilə maneəsiz şəkildə və ya şənbə və bazar günü (hər iki gün) saat 13.00 də, qarşılıqlı razılaşdırılmış yerdə, nəvənin ana tərəfindən nənəyə verilməsi və 16.00-da nənə tərəfindən anaya geri verilməsi nəzərə alınmaqla, şənbə və bazar günü 13.00-16.00 arasında ananın iştirakı olmadan ünsiyyətdə olması uşağın hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın azyaşlı olmasını nəzərə alsaq, nənə və ananın hər həftə nəvənin də istəyini nəzərə alaraq ünsiyyət qaydasının yuxarıda razılaşdırılmış imkanların hər hansı birindən istifadə edə bilməsi, uşağın qanuni nümayəndələrindən biri olan atanın sazişdə iştirak etməməsi və s. onun hüquqlarının məhdudlaşdırılmasına və qanunla qorunan mənafelərinin pozulmasına gətirib çıxaracaqdır. Digər tərəfdən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının rəyini alınması tələb olunduğu halda, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişində belə rəy alınmamış və nəticədə uşağın mənafeyinə uyğun olmayan görüş hüququ müəyyən edilmişdir. Məhkəmə nənənin (Ərizəçi) nəvəylə (xx.xx.2017-ci il təvəllüdlü X9) ünsiyyətdə olması hüququnun olmasını inkar etmir. Lakin hazırki halda yetkinlik yaşına çatmayan uşağın nənəsi ilə görüş hüququ onun yaşını, məktəbə gedib-getməməsini, səhhətini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alınmaqla müəyyən edilməsi daha məqsədəmüvafiq hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/MT015/2025-0136/03 nömrəli barışıq sazişinin 2-ci bəndi təsdiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu