Məhkəmə qərarları › İş №2(004)-4163/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4163/2025

09.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4163/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2-ci tərəf Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə 2-ci tərəfin adına rəsmiləşmiş ünvan 1 ünvanında yerləşən mənzildən 1-ci tərəf Ərizəçi müddətsiz istifadə etməsinə razılıq verir və 1-ci tərəfin mənzildən istifadə hüququnun rəsmiləşdirilməsi üçün müvafiq qurumlara müraciət edərək hüquqi hərəkətlər etməklə rəsmiləşdirir şərtinin və 2-ci tərəf X1 birgə nikahdan anadan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 40 manat, ümumi iki uşağa görə 80 manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir şərtinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya təşkilatında 03 iyun 2025-ci il tarixli barışıq sazişi bağlanaraq mənzildən istifadə hüququnun tanınması və birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa 40 manat,ümumi 80 manat alimentin Ərizəçi ödənilməsinə razılaşdırılmışdır.Maraqlı şəxs 03 iyun 2025-ci il tarixli barışıq sazişini icra etmir,ərizəçinin Bakı şəhəri,Yasamal rayonu,Ə.Cəmil (S.Dadaşov) küçəsi,ev 39,mənzil 45 ünvanında yerləşən evdən istifadəsinə maneələr yaradır,hüququnun qeydiyyatı üçün hüquqi hərəkətlər etmir və uşaqlar üçün müəyyən edilmiş alimenti ödəmir. Bu səbəbdən sazişin məcburi icra olunması üçün məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zəruridir.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək cavabdehin barışıq sazişinin şərtlərini könüllü icra etmədiyini bildirərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00596 nömrəli barışıq sazişinə əsasən:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs mənzildən istifadə hüququnun tanınması tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə 2-ci tərəfin adına rəsmiləşmiş ünvan 1 ünvanında yerləşən mənzildən 1-ci tərəf Ərizəçi müddətsiz istifadə etməsinə razılıq verir və 1-ci tərəfin mənzildən istifadə hüququnun rəsmiləşdirilməsi üçün müvafiq qurumlara müraciət edərək hüquqi hərəkətlər etməklə rəsmiləşdirir.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf X1 birgə nikahdan anadan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 40 manat, ümumi iki uşağa görə 80 manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir.

8. Məhkəmə tərəfin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

14. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

15. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs mənzildən istifadə hüququnun tanınması tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə 2-ci tərəfin adına rəsmiləşmiş ünvan 1 ünvanında yerləşən mənzildən 1-ci tərəf Ərizəçi müddətsiz istifadə etməsinə razılıq verir və 1-ci tərəfin mənzildən istifadə hüququnun rəsmiləşdirilməsi üçün müvafiq qurumlara müraciət edərək hüquqi hərəkətlər etməklə rəsmiləşdirir.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf X1 birgə nikahdan anadan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 40 manat, ümumi iki uşağa görə 80 manat sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar