Məhkəmə qərarları › İş №2(004)-4177/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4177/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4177/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Sabunçu Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsinə dair” mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Sabunçu Rayon Qeydiyyat şöbəsinimaraqlı şəxs qismində cəlb edərək,anası,xx.xx.1954-cü ildə anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhada|namənin verilməsinin maraqlı şəxsə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, anası xx.xx.1954-cu il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində uzun sürən xəstəlikdən sonra qəflətən vəfat etmişdir.Elə həmin gün Təcili və TəxirəsalmazTibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum anası X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakinmüraciətinə imtina cavabı verilmişdir.Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçinin anası uzun illər qaraçiyər serrozu xəstəliyindən əziyyət çəkmiş, son vaxt insult keçirmişdir. Mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mövsümova İradə Tofiq qızıməhkəməyə bildirmişdir ki, son 4 il mərhumun daimi baxıcısı olmuşdur. X2 xx.xx.2020ci il tarixdə qaraçiyər serrozu xəstəliyindən vəfat etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.X3 Yardım Stansiyasının xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Sabunçu rayonu, Yeni Ramana 2, Tolstoy küçəsi, 7 saylı evdə X1 həkimə qədər öldüyü aşkar olunmuşdur. İş materiallarında olan SabunçuRayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, Ərizəçi X1 ölümünün qeydiyyata alınması barədə şöbəyə müraciət etmiş, şöbə ölümün qeydiyyata alınmasında imtina edərək, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığınıbildirmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.12saylışəhər poliklinikasnın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü mərhum X2 son 5 ildə poliklınıkaya müraciət etmədiyinə görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi anası X1 xx.xx.2018-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan SabunçuRayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, ərizəçi ölümü təsdiq edən sənədi almaq üçün müraciət etmiş, lakin ölümün qeydiyyata alınmasında imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi anasının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizə qismən təmin edilərək X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar