Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4208/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi və sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası xx.xx.1939-cu il tarixdə doğulan X2 xx.xx.2023-cü il tarixdə təcili yardım gəlib çatana kimi ünvan 1 ünvanında rəhmətə getmişdir. Anası rəhmətə getdikdən sonra onlar onu Qaradağ rayonu, Ümumşəhər qəbrstanlığında dəfn etmişlər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. O bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslar sənədlər olmadığı üçün imtina edilmişlər. Ölüm faktını şahidlər də təsdiq edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Mərhumu şəxsən görməmiş, lakin Ərizəçi xanım iş yoldaşı olduğundan anası haqqında dəfələrlə söhbət etmiş və mərhum Əminə xanım haqqında məlumatlı olmuşdur. Əminə xanım 27 iyulda vəfat edib və dəfndə iştirak etmiş və X1 ölməsi faktını təsdiq edirlər. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 27 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 3 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-33xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti Əhaliyə vətəndaşlıq xidməti trestinin 01 avqust 2023-cü il tarixli 62 nömrəli arayışdan görünür ki, Ərizəçi anası X2 27 iyul 2023-cü il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4208/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4208/2023
27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver