Məhkəmə qərarları › İş №2(004)-4217/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4217/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4217/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1938-ci ildə Ağdam rayonu Seyidli kəndində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1938-ci ildə Ağdam rayonu Seyidli kəndində doğulmuş X4 onun doğma atasıdır. Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalının 2544 nömrəli epikrizinə əsasən X2 “sağ diz oynağının deformasiyaedici artrazu. ÜİX. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ M.Şəkərli diabet 2 tip, yüngül forma, kompensasiya fazası. Öd daşı xəstəliyi. Adenamatoz düyünlü xroniki prostatit. Xroniki sidik ləngiməsi. Sağ gözün qlaukoması.” diaqnozu qoyulmuşdur. Onun atası şəkərli diabet xəstəsi olduğundan ömrünün son 1 ilini yataqda keçirmişdir, 1 gözü 30 faizi dərəcəsində görmüş, digər gözü isə heç görməmişdir. Atası xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Rəhimov küçəsindəki 43 nömrəli evdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırılmış və Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verılmiş, xəbərdarlıq vərəqində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunması göstərilmişdir. Mərhum atasını xx.xx.2020-ci ildə Bakı şəhəri Şərifzadə küçəsindəki Dağüstü 1 qəbristanlığında dəfn etmişlər. Atasının dəfnində onun doğma qardaşı, mərhumun doğma oğlu - X5 şəxsən iştirak etmişdir. Atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsinı Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsi, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 762 arayışı və Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli xx/xx-1191/15 nömrəli imtina məktubu ilə təsdiq edilir. Hazırda o, atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-ЖГseriyalı 485739 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X4 Ərizəçi doğma atasıdır. Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalın 2544 nömrəli epikrizə əsasən X2 “sağ diz oynağının deformasiyaedici artrazu. ÜİX. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ M.Şəkərli diabet 2 tip, yüngül forma, kompensasiya fazası. Öd daşı xəstəliyi. Adenamatoz düyünlü xroniki prostatit. Xroniki sidik ləngiməsi. Sağ gözün qlaukoması.” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Təcili və X3 Stansiyasının 8 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, 8 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimləri xx.xx.2020-ci il tarixdə saat 10:00-da ünvan 1 ünvana gəldikdə 82 yaşlı X1 öldüyünü müəyyən etmişlər və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunduğunu qeyd etmişlər. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli xx/xx-1191/15 nömrəli məktubu ilə atası X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 762 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1938-ci ildə Ağdam rayonu Seyidli kəndində doğulmuş X4 xx.xx.2020-ci ildə Bakı şəhəri Şərifzadə küçəsindəki Dağüstü 1 qəbristanlığında X5 tərəfindən dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1938-ci ildə Ağdam rayonu Seyidli kəndində doğulmuş X4 Ərizəçi doğma atasıdır. X4 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda vəfat etmişdir. Mərhum Bakı şəhəri Şərifzadə küçəsindəki Dağüstü 1 qəbristanlığında oğlu X5 tərəfindən dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci ildə Ağdam rayonu Seyidli kəndində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnəhəvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar