Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4242/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” nə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edərək,X1ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1xx xxxx 2020-ci il tarixdə Bakı şəhərindəölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.1928-ci il təvəllüdlü anası X7 ünvan 1 ünvanında, xx xxxx 2020-cu il tarixdə vəfat etmişdir. Bununla bağlı Təcili və X4 Stansiyası tərəfindən yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Anası xx xxxx 2020-cu il tarixdə Abşeron rayonu ərazisində yerləşən “Məmmədli” kənd qəbirsanlığında dəfn edilmişdir. Anasının ölüm faktını təsdiq edən şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bugünə kimi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur,onunla bir məhlədə yaşamışdırlar,X7 xx xxxx 2020-ci ildə rəhmətə getmişdir. Mərhum rəhmətə gedərkən 93 yaşı olmuşdur, hər hansı xəstəliyi olmamışdır. Mərhumun dəfnində pandemiya ilə əlaqədar olaraq şəxsən iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirmişdir ki, ərizəçi onun dostudur. X7 yaşlı olduğu üçün vəfat etmişdir. xx xxxx 2020-ci ildə rəhmətə getmiş, Maştağa yolundakı qəbirsanlıqda dəfn edilmişdir. O, özü onun dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan **********9 saylı doğum haqqında şəhadətnamənin apostil olunmuş surətinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1960-cı ildə Gürcüstan şəhərinin Bolnisi rayonunda anadan olmuşdur, ata qrafasında Mollayev Qurban, ana qrafasında X7 qeyd edilmişdir.İş materiallarında olan Ədliyyə Nazirliyinin Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli xx/xx-1471/15 nömrəli məktubundan görünür ki, Ərizəçi şöbəyə müraciət etmiş, lakin tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, ölümün qeydə alınmasında imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər 39 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, X7 hər hansı bir xəstəliklə əlaqədar 39 nömrəli şəhər poliklinikasına müraciət etməyib və xəstəlikləri barədə heç bir tibbi sənədi yoxdur. Bu səbəbdən X3 poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bakı şəhər Təcili X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1928-ci il təvəllüdlü X7 xx xxxx 2020-cu il tarixdə həkim briqadası gələnədək dünyasını dəyişmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi anası xx xxxx 1928-ci il təvəllüdlü X2xx xxxx 2020-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təcili X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1928-ci il təvəllüdlü X7 xx xxxx 2020-cu il tarixdə həkim briqadası gələnədək dünyasını dəyişmiş, ərizəçi Ədliyyə Nazirliyinin Yasamal Rayonunun Qeydiyyat Şöbəsinə, Bakı şəhər 39 saylı Şəhər Poliklinikasına rəsmi müraciət etmiş, lakin onun müraciətlərinə cavab olaraq bildirilmişdir ki, ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən və X1 hər hansı bir xəstəliklə əlaqədar 39 nömrəli şəhər poliklinikasına müraciət etməməsi və xəstəlikləri barədə heç bir tibbi sənədi olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi xx xxxx 1928-ci il təvəllüdlü X1xx xxxx 2020-cu il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edən lazımi sənədlər başqa qaydada alına bilmədiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü X2 xx xxxx 2020-cu il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4242/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4242/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver