Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4252/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – Ərizəçi “ölüm faktının müəyyən edilməsi barədə" ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, bibisi X1 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Bakı şəhər Yasamal rayon Məhkəməsinə 14.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən həhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat verilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsindən görünür ki, ərizəçi tərəfindən Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunmamış, həmçinin, ərizədə qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməmişdir. Beləliklə, məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edirəm ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi “ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4252/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4252/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver