Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4255/2023 04.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nın xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və X2 ölümü haqqında şəhadətnamənin barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəni dəqiqləşdirərək, mərhum X1nın xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum atası X6 ilə X1 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1959-cu il tarixdə o, yəni Ərizəçi dünyaya gəlmişdir. Mərhum X1 10 mart 1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası 22 may 2023-cü il tarixdə ev şəraitində vəfat etmiş və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı kənd qəbiristanığında dəfn edilmişdir. Mərhum anası vəfat edən zaman dərhal tərəfindən 103 xidmətinə zəng vurularaq təcili tibbi yardın çağırılmış və 22 may 2023-cü ildə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Anasının dəfn və yas mərasimlərinə başları qarışdığından 3 gün müddətində qeydiyyatda olduğu rayon poliklinikasına müraciət edilməmiş və ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Sonradan tərəfindən Maraqlı şəxsnə mərhum anasının ölüm haqqında şəhadətnamənin alınması üçün rəsmi qaydada müraciət etsə də bundan imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısı, mərhum X3 isə anasıdır. Anası 22 may 2023-cü il tarixdə Yasamal rayonunda evdə vəfat etdi. Vəfat etdiyi gün təcili tibbi yardım çağırmışlar. Lakin həkim gələnədək anası artıq vəfat etmişdi. Kürdəxanı kənd qəbiristanığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısı, mərhum X3 isə anasıdır. Anası əvvəl infakt keçirmişdi, həm də yaşı ilə əlaqədar özünü yaxşı hiss etmirdi. 22 may 2023-cü il tarixdə evdə vəfat etdi. Həmin gün bacıları ilə birlikdə evdə idi. Vəfat etdiyi gün təcili tibbi yardım çağırmışlar. Ancaq təcili tinni yardım gələnədək anası artıq vəfat etdi. Kürdəxanı kənd qəbiristanığında dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 02164272 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1933-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ 352565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X1, atası X4r. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-31xx/xx/2023 nömrəli məktubundan müəyyən olunur ki, X2 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X11 Stansiyasının 8 saylı bölməsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06.48 radələrində ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi S.Dadaşov yerinə yetirmişdir. Həkimqədər ölüm, qadın cinsli meyid qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, XX.XX.1933-cü il təvəllüdlü X2 22 may 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi X2 ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1933-cü il təvəllüdlü X2 22 may 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4255/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4255/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver