Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4295/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2, 3 və 4-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə onunla əsaslandırılmışdır ki, sözügedən barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Bu səbəbdən, ərizənin təmin edilməsi xahiş edilir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” şərtləri tərəflər arasında razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin şərtlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ananın (Ərizəçi) yanında qalmasına etiraz etmir. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilsin. Hər həftənin bazar günü saat 12:00-dan 18:00-a qədər uşaqların Maraqlı şəxs ilə ünsiyyəti təmin edilsin.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4295/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4295/2023
25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver