Məhkəmə qərarları › İş №2(004)-4303/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4303/2023

25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4303/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Allahvar oğlu ilə X8 arasında xx.xx.2015ci ildə anadan olmuş X2 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması üçün xx.xx.2023-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəf olaraq o Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2015-ci ildə anadan olmuş X3 ikinci tərəfdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması ilə bağlı müraciət etmişdir. Hazırki iş üzrə Maraqlı şəxs1 ilə aralarında xx.xx.2015-ci ildə anadan olmuş X2 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması üçün xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır. Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin şərtlərinə xx.xx.2023cü il tarixdən əməl etməyi qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Maraqlı şəxs1 alimenti vaxtı-vaxtında ödəsinə etiraz edir. Odur ki, ərizənin təmin olunması və barışıq sazişinin təsdiq olunmasını xahiş etdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. İş materiallarında olan X8 ilə Maraqlı şəxs1 arasında bağlanmış Bakı 3 saylı mediasiya təşkilatının mediatoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MSB/3/2023-00731 saylı barışıq sazişindən görünür ki, tərəflər “İkinci tərəf’ (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra “Birinci tərəfə” (X6) xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat məbləğində alimentin Maraqlı şəxs1 tutularaq X6 ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/3/2023-00731 saylı barışıq sazişinin təsdiq edilməsi barədə X4 ərizəsi təmin edilməli, Maraqlı şəxs1 xx.xx.2015-ci ildə anadan olmuş X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat məbləğində alimentin anası X6 ödənilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X8 ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MSB/3/2023- 00731 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs1 xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat məbləğində alimentin tutularaq X6 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar