Məhkəmə qərarları › İş №2(004)-4321/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4321/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4321/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1936-cı ildə Gəncə şəhərində doğulmuş Abdul-zadə Elxan Abdul oğlunun xx.xx.2024-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, atası Abdul-zadə Elxan Abdul oğlu xx.xx.1936-cı ildə Gəncə şəhərində doğulmuşdur. O, ünvan 1 ünvanda qeydiyyatdadır. Qeyd edir ki, atası xx.xx.2024-cü il tarixdə yaşadıqları ünvan 2 ünvanda ölmüşdür. O, təcili yardım çağırsa da, həkim gələnədək atası vəfat etmişdir. Atasını Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən Dağüstü-1 qəbristanlığında dəfn etmişlər. Atası poliklinikada qeydiyyatdla olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən atası Abdul-zadə Elxan Abdul oğluna ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ona gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə atasının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli 3-16-5/8- 15/2861/2024 saylı məktubla cavab verilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndində əsasən ölüm haqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün xahişinin təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməsini bildirmişlər. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, TTTYS-nin verdiyi xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 12:20-də ünvan 2 ünvana 88 yaşlı Abdul-zadə Elxan Abdul oğlunun adına çağırış daxil olmuşdur. Ünvana gələn həkimlər kişi cinsli meyit aşkar etmişlər. Arayış sahə poliklinikasına təqdim etmək üçün verilmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli i337 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi atası Abdul-zadə Elxan Abdul oğlu xx.xx.2024-cü tarixdə vəfat etmişdir və Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən Dağüstü-1 qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1936-cı ildə doğulmuş Abdul-zadə Elxan Abdul oğlu Ərizəçi atasıdır. Abdul-zadə Elxan Abdul oğlu xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüşdür və Bakı şəhəri Yasamal rayonu X1 küçəsində yerləşən Dağüstü-1 qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı ildə Gəncə şəhərində doğulmuş Abdul-zadə Elxan Abdul oğlunun xx.xx.2024-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Abdul-zadə Elxan Abdul oğlunun adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar