Məhkəmə qərarları › İş №2(004)-4349/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4349/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4349/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək atası Ömərov Ələsgər Abbas oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMCyə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində ona dəymiş minimum 264000 manat dəyərində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Ömərov Ələsgər Abbas oğlu ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh “Cavabdeh" MMC Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini, Ələsgər Ömərov isə müqavilənin ümumi dəyəri olan 352.000 manat məbləğində pulu müqavilə imzalandığı anda qarşı tərəfə ödəməyi öz öhdəsinə götürmüşdür. Ömərov Ələsgər Abbas oğlu xx xxxx 2012-ci ildə vəfat etmişdir və Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Ələsgər Ömərov müqavilənin bağlandığı tarixdə həmin müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyini tam şəkildə yerinə yetirmiş və qeyri-yaşayış sahəsinin ümumi dəyərini cavabdehə ödəmişdir. Nəticədə onun cavabdeh qarşısında heç bir maliyyə öhdəliyi qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə Ömərov Ələsgər Abbas oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əasən Cavabdeh” MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin tikintisini üzərinə götürür, İddiaçı Abbas oğlu isə bunun müqabilində 352000 manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş kassa mədaxil orderinin surətinə əsasən Cavabdeh MMC qeyri-yaşayış sahəsi üçün 352000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2012-ci il tarixli, AZ-İ № 534781 mömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Ömərov Ələsgər Abbas oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər 27 saylı Notariat ofsinin xx.xx.2019-cu il taixli, 379 №-li məktubundan müəyyən edilir ki, Ömərov Ələsgər Abbas oğlunun xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə Ömərov Ələsgər Abbas oğlu arasında xx.xx.2009-cu il tarixdə podrat müqaviləsi bağlanmış, Ömərov Ələsgər Abbas oğlu pay haqqını tam ödəmişdir. Ömərov Ələsgər Abbas oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı Ömərov Ələsgər Abbas oğlunun qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Bu hallar iddiaçının nümayəndəsi və vəkilinin izahatı və iş materialları ilə təsdiqini tapır. İddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Məhkəmə iddianı əsaslı hesab edir. Çünki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).” Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində ona dəymiş minimum 264000 manat dəyərində zərərin vurulmasını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar