Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4365/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1nun 12 iyun 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Maraqlı şəxs üzərinə X2 ölümü haqqında şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi, X1nun 12 iyun 2021-ci il tarixdə ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X4 onun həyat yoldaşı olmuşdur. Mərhum sinir xəstəliyindən əziyyət çəkmişdir. Rəhmətə gedəndə oğlu, qızı, gəlinləri evdə olmuşdur. Vəfat etdikdən sonra Masazır qəbirstanlığında dəfn edilmişdir. Şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X2 oğludur. Ərizəçi onun qardaşıdır. Atası qəfildən rəhmətə getmişdir. Həmin vaxt hər kəs evdə olmuşdur. Mərhumu Masazır qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan 12.06.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən görünür ki, X4 12.06.2021-ci il tarixdə 2-ci Alatava 98 ünvanında vəfat etmişdir. İş materiallarında olan 39 №-li Şəhər Poliklinikası tərəfindən ünvanlanmış 14.06.2021-ci il tarixli, 155 nömrəli məktuba əsasən görünür ki, X2 ölüm səbəbi qəfləti olduğuna görə poliklinika tərəfindən Forma 106- X11 Şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ünvanlanmış 16.06.2021-ci il tarixli, 05/76-1971/15 nömrəli cavab məktubuna əsasən görünür ki, ərizəçi tərəfindən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasəndan imtina edilmişdir. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli, 111/A saylı arayışa əsasən görünür ki, X4 13.06.2021-ci il tarixdə Masazır kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 16 fevral 1981-ci il tarixli, 04 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Ərizəçi 16 fevral 1981-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi X1nun 12 iyun 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizənin “ölüm haqqında şəhadətnamə verilməsi” hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə verilməsi müvafiq icra orqanının səlahiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 12 iyun 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4365/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4365/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver