Məhkəmə qərarları › İş №2(004)-4367/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4367/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4367/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanası X8 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Respublika Neyrocərrahiyyə Xəstəxanası X13 cəlb olunmaqla Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ərizəçi onun üçün ölüm haqqında şəhadətnamənin alınmasına görə Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mərhum atası Yasamal məzarlığında dəfn edilmişdir. Onun ölümü ilə bağlı 19 nömrəli şəhər poliklinikasının baş həkimi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yasamal Rayon Prokurorluğu tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmçinin, 02 iyun 2023-cü il tarixli arayışdan da göründüyü kimi ölüm faktı qeydiyyata alınmış və ölüm səbəbləri qeyd edilmişdir. Məhkəmə gedişatında yaranmış zərurətlə əlaqədar olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanası X13 işin halları ilə əlaqədar olaraq məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, mərhum atası səhər saat 8 radələrində həyətdə daş piltələrin üzərində yıxılmışdır. Onda belə hallar yaşı ilə əlaqədar tez-tez baş verirdi. Yıxıldıqdan sonra X14 briqadası çağırılmış və onlar gəlsə belə, xəstəxanaya aparmamış, bildirmişlər ki, burnundan və qulağından qan gəldiyi üçün beyninə qan sızması təhlükəsi yoxdur. Həmin vaxt o evdə olmamış, rayonda olmuşdur. İkinci dəfə Gömrük Hospitalından X14 briqadası çağırmışlar. Onlar xəstəni Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmaq lazım olduğunu bildirmişlər. Onun razılığı ilə 8 may 2023-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılmışdır. Həmin vaxt mərhum atası anlaqlı vəziyyətdə olmuşdur. Hərəkətlər edir və müəyyən sözlər də danışır, hətta onu aparmamalarını da xahiş etmişdir. Lakin onlar onu məcbur aparmışlar. Həmin xəstəxanada mərhumu müəyyən prosedurlardan keçirmiş və onlara bildirmişlər ki, beyninə qan sızması olmuşdur, lakin müalicə olunaraq sağalacaqdır. 8-19 may tarixlərində atası xəstəxanada qalmış, sonuncu bir həftə isə artıq komaya düşmüşdür. Lakin onlara dərman aldırır və onları reanimasiya şöbəsinə buraxmırdılar. Həmin vaxt eyni zamanda atası ürək çatışmazlığı da keçirmişdir. Bununla bağlı ona bildirmişlər ki, ürək çatışmazlığı başının müalicəsinə maneə yaradır. Həkimlər iclas keçirdikdən sonra belə nəticəyə gəlmişlər ki, atası xəstəxanada qalsın, hələ şans vardır. Bu zaman o, xəstəni çıxarmağa icazə vermələrini xahiş etmiş və bildirmişdir ki, əgər vəfat edərsə də, ev şəraitində vəfat etsin. Lakin buna razı olmayaraq bildirmişlər ki, xəstəni evə buraxmaq hərəkəti cinayət xarakterlidir və xəstəni buraxa bilməzlər. May ayının 19-u saat 5-6 radələrində həkim ona zəng edərək atasının vəfat etdiyini bildirmişdir. Ondan sonra onlar meyiti morqa gətirmiş, prokurorluqdan əməkdaş gəlmiş və ölümü qeydə almışdır. Atasının 88 yaşı var idi. Hadisə vaxtı evdə həyat yoldaşı olmuşdur. Əlavə olaraq bildirir ki, həyətdə o, qızı, atası, həyat yoldaşı yaşamışlar. Qızı uşağını səhər saat 8-in yarısı məktəbə aparanda mərhumla görüşmüşdür, həmin vaxt mərhum həyətdə oturmuşdur. Qızı bildirir ki, heç yolu keçməmiş anası ona zəng edərək bildirmişdir ki, həyətdən səs gəldiyindən çıxıb mərhumun yıxıldığını və başının zərblə daşa dəydiyini bildirmişdir. 2021-ci ildən bu yana atasının küçəyə qoymamışlar, daim nəzarət altında saxlamışlar. Çünki, mərhum çölə çıxanda özündən gedib yıxıldığı üçün qonşular köməklik göstərərək evə gətirirdilər. Həyətə çıxıb oturmaqda məqsədi hava almaq olurdu. Həmin yerdən onun evinə qalxmaq üçün 2 pilləkan vardır. Həmin vaxt qalxmaq istərkən arxası üstə yıxılmış, başı daş döşəməyə dəymişdir. Gömrük hospitalından təcili yardım briqadasının həkimi də zəmanət vermədiyini və 50 faiz olduğunu bildirmişdir. Reanimasiyada qalması üçün günü 10 min manat pul istəmişlər. Gömrük hospitalının avtomobili ilə mərhumu 8 may tarixində, günorta radələrində Neyro Cərrahiyyə xəstəxanasına gətirmiş, müvafiq yoxlanışdan sonra reanimasiyaya yerləşdirmişlər. Ayın 19-a qədər orada qalmışdır. Hətta onu müalicə edən həkim də bildirmişdir ki, xəstəyə əziyyət verilir. Baş həkimə neçə dəfə mərhumun çıxarılması ilə bağlı müraciət etsə də, aparata qoşduqları üçün icazə verə bilmədiklərini bildirmişdir. Meyit yarılmamışdır, prokurorluq orqanının əməkdaşı isə gəldikdən sonra dəfn etməli olduqlarını bildirmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını və ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanası X8 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, ölüm haqqında şəhadətnamənin verilməmə səbəbi odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4-cü maddəsinin “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydalarında 4.4-cü bənddə göstərilir ki, 4.4.4-cü maddəyə uyğun olaraq zorakı ölümə şübhə olduğu hallarda və 4.4.5-ci maddəyə uyğun olaraq ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu hallarda ölüm haqqında tibbi şəhadətnaməni patoloji-anatomiya müəssisəsi verir. Onların isə ixtiyarı yoxdur. Tibbi sənədlərə baxış zamanı, epikrizin surəti və xəstəxananın xəstəlik tarixçəsi ilə bağlı qeyd edilən elektron sənəddə kodlar var. Həmin kodlar xəsarəti təsdiq edən kodlardır. Xəstəxanaya daxil olduqda dərhal o kod vurulur, xəstənin haqqında məlumatlar isə sistemə daxil edilir. Xəsarət olduğu təqdirdə avtomatik olaraq sistem “yox” cavabı verir. Yəni onların şəhadətnamə verməyə ixtiyarı yoxdur. Mərhumun ilk dəfə X14 briqadası ilə xəstəxanaya aparılmaması təəcüblüdür. Onların vəzifəsi xəstəni tibb müəssisəsinə çatdırmaq olmalı idi. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Suala cavab olaraq bildirir ki, bu cür hallarda dərhal polis və prokururluq orqanlarına məlumat verirlər, prokurorluğun nümayəndələri gəlir, meyit dərhal Patoloji Anotomiya və Ekspertiza İnstitutunun aidiyyəti şöbəsinə nəql olunur. Ölüm haqqında tibbi şəhadətnaməni əlyazma ilə deyil, elektron sistem vasitəsi ilə verirlər. Elektron sənədin əsasında vətəndaş VVAQ şöbəsinə müraciət edir və onun əsasında ölüm haqqında şəhadətnaməni alır. Onlar elektron səhiyyə sistemi ilə işləyirlər. Xəstə daxil olan kimi, onun bütün məlumatları həmin sistemə daxil edilir. Həmin sistemə nəzarəti isə Səhiyyə Nazirliyi edir. Xəsarət kodu olduqda sistem ölüm haqqında tibbi şəhadətnamə verməyə imkan verilmir. Onlar ölüm faktları ilə bağlı statistik məlumatları Səhiyyə Nazirliyinə göndərirlər. Vəfat edən şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə edilmişdir. Neyrocərrahiyyə Xəstəxanasının morqu yoxdur. Reanimasiya tədbirlərinin dayandırılması xəstənin yaxın qohumlarının istəyi ilə deyil, 31 yanvar 2018-ci il tarixli qərarla tənzimlənir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi X12 19 saylı şəhər poliklinikası tərəfindən verilmiş rəsmi imtinaya əsasən müəyyən olunur ki, xx.xx.1935-ci il təvəllüdlü X2 ölümünün Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verməsi və ölüm səbəbinin naməlum səbəbli travma olması səbəbindən poliklinika tərəfindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04-çıx-23 nömrəli arayışa əsasən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - Respublika Neyrocərrahiyyə Xəstəxanası X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 766 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.1935-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 xx.xx.2023cü il tarixdə “Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı”nın X14 şöbəsindən “Açıq kəllə-beyin travması. Baş-beyinin ağır dərəcəli əzilməsi iki tərəfli lövhəvari subdural hematoma. Subaraxnoidal qansızma. Pnevmosefaliya. Sol gicgah sümüyünün xətti sınığı. Sol təpə nahiyəsinin əzilmiş yarası” diaqnozu ilə “Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxsə köçürülüb. Xəstə təcili qaydada “Reanimasiya və İntensiv Terapiya" şöbəsinə yerləşdirilmişdir. Reanimasion tədbirlərə baxmayaraq pisləşmə davam etmiş və huşu koma ll-lll tipli pozulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində bioloji ölüm qeydə alınmışdır. Ölüm səbəbi baş beynin və beyin kötüyünün işemiyası; açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, Pnevmosefaliya, iki tərəfli lövhəvari subdural hematoma, sol gicgah sümüyünün xətti sınığı, sol təpə nahiyəsinin əzilmiş yarası; miokard infarkt olmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/16-5/8- 3380/15/23 nömrəli məktuba əsasən müəyyən edilir ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydiyyata alınması imkan xaricindədir. - Respublika Neyrocərrahiyyə Xəstəxanası X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-5/2-557/2023 nömrəli arayışa əsasən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixində “Açıq kəllə beyin travması. Baş-beynin ağır dərəcəli əzilməsi. İki tərəfli lövhəvari subdural hematoma. Subaraxnoidal qansızma. Pnevmosefaliya. Sol gicgah sümüyünün xətti sınığı. Sol təpə nahiyəsinin əzilmiş yarası. Döş qəfəsinin səthi travması. Miokardın infraktı” diaqnozu ilə tibb müəssisinə stasionar yatışa qəbul olunmuşdur. Xəstənin yaxınlarının deməsinə görə səhər saat 08:00 radələrində yaşadıqları evdə yıxılaraq zərbə alıb. xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində bioloji ölüm qeydə alınmışdır. Ölüm səbəbi baş beynin və beyin kötüyünün işemiyası; açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, Pnevmosefaliya, iki tərəfli lövhəvari subdural hematoma, sol gicgah sümüyünün xətti sınığı, sol təpə nahiyəsinin əzilmiş yarası; miokard infarkt olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4 maddəsinin (“Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası ) 4.4, 4.4.4 (zorakı ölümə şübhə olduğu hallarda) və 4.4.5- ci (ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda) maddələrinə görə "Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinə tibb müəssisə tərəfindən imtina edilmiş və patoloji- anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsinə yönləndirilmişdir. - Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2376-xid-23 nömrəli məktuba əsasən müəyyən olunur ki, X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktı ilə bağlı Bakı şəhəri Yasamal rayon Prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 86 nömrəli arayışa əsasən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Dağüstü 2 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, mərhum yaşlı idi, baş gicəllənməsi olurdu, təzyiqi aşağı düşürdü. Nəvəsini səhər məktəbə yola saldıqdan sonra həyətə çıxmış və mərhumun həyətdə oturduğunu görmüşdür. Sonra isə evə keçmişdir, bu zaman mərhum qalxıb həyətdə yerləşən öz evinə keçmək istəyəndə səs gəldiyini eşitmiş, həyətə çıxdıqda isə onun arxası üstə yıxıldığını görmüşdür. Həyət isə daş döşəmə idi. Suala cavab olaraq bildirir ki, mərhumla bir həyətdə, lakin ayrı yaşamışlar. Əvvəllər də mərhumun səhhətində narahatçılıq olur, təzyiqi düşür, baş gicəllənməsi olurdu. Onlar onun səhhətini daim nəzarətdə saxlamışlar. O bütün günü evdə ona baxmışdır. Evdə hər hansı mübahisə olmamışdır, mərhum tək yaşayırdı, həyat yoldaşı isə 1 il əvvəl rəhmətə getmişdir. Hadisə vaxtı təcili yardım çağırılmış, gələn əməkdaşlar mərhumun başının zədəsini sarımışlar. Mərhumun başı zədələnmişdir. Xəstəxanaya yerləşdirməyə ehtiyac olmadığını bildirmişdir. Sonra Gömrük hospitalından təcili yardım briqadası çağırılmış, lakin Əhmədlidə yerləşən Neyro Cərrahiyyə xəstəxanasına aparılması məsləhət görülmüşdür. İlk dəfə təcili yardım briqadası gəldikdə həkim mərhumun yaşlı olmasına görə xəstəxanaya aparılmasını məsləhət görməmişdir. Təcili yardım çağırdıqda mərhumun qızı və onun bacısı daxil olmaqla digər şəxslər də orada idi. Onlar hətta ərazi üzrə poliklinikaya da həkimin gəlməsi üçün müraciət etsələr də, həkim gəlməmişdir. Mərhum xəstəxanaya aparıldıqda ayıq vəziyyətdə deyil, koma vəziyyətində olmuşdur. Təcili yardım ilk dəfə gəldikdə isə mərhum gözlərini açıb-yumurdu, lakin danışmırdı. Sonradan Gömrük hospitalından gələn təcili yardım briqadası da bildirmişdir ki, yaşamağa zəmanət vermirlər, 2 gün reanimasiyada saxlaya bilərlər, ola bilsin yaşasın, ola bilsin ki, yaşamasın. Neyro Cərrahiyyə xəstəxanasında isə ilk vaxtlar səhhətində dəyişikliyin, irəliləyişin olduğunu bildirsələr də, irəliləyiş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, səhər saat 8 radələrində o, oğlunu məktəbə aparanda mərhum həyətdə oturmuş və oturduğu halda titrəməyə başlamışdır. Rəngi də ağarmışdır. O özü onda nəsə olduğunu soruşduqda heç bir şey olmadığını və evə keçəcəyini bildirmişdir. Evə keçirməyə kömək etməyi təklif etsə də, mərhum narahat olmamağını, yaxşı olduğunu və özü keçəcəyini bildirmişdir. Məktəbə çatan zaman anası zəng edərək bildirmişdir ki, babası həyətdə yıxılıb, evə qayıtsın, qaldıra bilmirlər. O gəlmiş və köməkləşib mərhumu evə keçirmişlər. Evdə hər hansı mübahisə olmamışdır, mərhum son zamanlar tez-tez yıxılırdı. Yaşla əlaqədar onun təzyiqi oynayırdu. O özü onun təzyiqini ölçürdü. Həkim gəlib diaqnoz qoyduqda beyninə qan sızdığını bildirmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mərhum X3 xəsarət alaraq xx.xx.2023-cü il tarixdə açıq kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzilməsi və sair diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası X11 qəbul edilmişdir. Aparılmış müalicə və görülmüş tətbirlər nəticə verməmiş və xx.xx.2023-cü il tarixdə X3 xəstəxanada vəfat etmişdir. Xəstəxanaya xəsarət diaqnozu ilə yerləşdirildiyindən tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi və hüquqmühafizə orqanlarında araşdırma aparılmaması səbəbindən ölümün qeydə alınması mümkün olmamışdır. Lakin iş materiallarında göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı mübahisəsizdir. Belə ki, bu hal Bakı şəhəti Yasamal rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda, həmçinin Respublika Neyrocərrahiyyə Xəstəxanası X13 tərəfindən verilmiş sənədlərdə öz təsdiqini tapır. Mərhumun ölümündə cinayət tərkibinin əlamətlərinin olmasının araşdırılmaması və tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən AR Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4-cü bəndinə əsasən imtina edilməsi X2 xx.xx.2023-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktını istisna etmir. Qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1935-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində, xəstəxana şəraitində, yəni Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar