Məhkəmə qərarları › İş №2(004)-4371/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4371/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4371/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs1nə həvalə edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum nənəsi Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Nənəsinin sənədlərinin hazırlanması onların qeydiyyata alınması zamanı müəyyən edilmişdir ki, hazıradək onun ölüm faktı qeydə alınmamışdır. Buna səbəb vəfat etdiyi zaman poliklinika tərəfindən ailə üzvlərimizə ölüm səbəbinə dair arayışın verilməməsi olmuşdur. Babasıda vəfat etməsi səbəbindən və məhkəməyə gedib gəlmək üçün yalnız o, məcbur olub bu iddianı qaldırmalı olmuşdur. Ailə üzvləri nənəsinin ölümü haqqında şəhadətnamənin alınması üçün rəsmi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm səbəbinin müəyyən edilməməsi səbəbindən buna imtina edilmişdir. Hazırda sənədləşmə işlərinin aparılması üçün, bundan başqa ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəmə qətnaməsi tələb edilir. Bu səbəbdən də mərhum atası X8 ölüm faktının tanınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində Ərizəçi onun oğlu, mərhum Maraqlı şəxs2 onun anası olduğunu, 17 aprel 2008-ci il tarixdə evdə olarkən oğlu İlkini o biri otaqdan nənəsini çağırmaq üçün göndərdiyini, lakin İlkinin nənəsinin durmadığını bildirdiyini, gedib baxdıqda anasının vəfat etdiyini gördüyünü, anasının şəkər xəstəsi olduğunu, anası Maraqlı şəxs2 18 aprel tarixində vəsiyyəti üzrə Xudat şəhərində dəfn etdiklərini, anasının ölümündən sonra həyat yoldaşına dəfələrlə onun ölüm haqqında şəhadətnaməsini almasını dediyini, daha sonra yoldaşının da vəfat etməsi səbəbilə şəhadətnaməni ala bilmədiklərini, indi isə evi xalası Svetlananın adına keçirmək üçün anasının ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirdi. İş materiallarında olan İV-ЖГ 272907 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X11 ilə X18 nikahlarını xx.xx.1971-ci il tarixdə Azərbaycan SSR Sumqayıt rayonunda bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 890 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz rayonu ZAQS bürosu tərəfindən xx.xx.1942-ci il tarixdə verilmiş AA 178546 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.1941-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 353 nömrə ilə qeyd edilmişdir. X5, anası X14r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-ci il tarixdə verilmiş AZ-İ 561639 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1998-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2519 nömrə ilə qeyd edilmişdir. X1, anası X6r. İş materiallarında olan arayışa əsasən Xudat rayonunda anadan olmuş Maraqlı şəxs2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən X7 ünvanlanmış xx.xx.2008-ci il tarixli, 571/01 nömrəli müraciətə cavab məktubuna əsasən Maraqlı şəxs2 Əlibala qızının ölümü barədə tibbi arayışı təqdim edilmədiyinə görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X16 Stansiyası 7 saylı yardımçı stansiyanın xx.xx.2018-ci il tarixli, 320 nömrəli sorğuya cavab məktubuna əsasən xx.xx.2008-ci il tarixdə, saat 13:56-da Şıxlınski küçəsi, ev 5, m-13 ünvanında yaşayan Maraqlı şəxs2 həkimə qədər ölümü qeydə alınmış və qadın cinsinə məxsus meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri inzibati ərazi vahidində nümayəndəsinin 13 oktyabr 2008-ci il tarixli, 1779 nömrəli arayışına əsasən Maraqlı şəxs2 18 aprel 2008-ci il tarixdə Xudat şəhərinin yuxarı hissəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi (X4 etibarnaməsi ilə) ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3165/8- 15-598/25 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün xahişin təmin edilməsi imkanları xaricindədir. Maraqlı şəxs1 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-3128 nömrəli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetınin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən 1. X12 – AZE 07331585, vəsiqənin verilmə tarixi-xx.xx.2009, 2. X15 – AA 2381848, vəsiqənin verilmə tarixixx.xx.2021, 3. X3 – AA5012414, vəsiqənin verilmə tarixi-xx.xx.2023. akt tərtib etmişlər ondan ötəri ki, həqiqətən xx.xx.1941-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixində vəfat etmiş və yaxın qohumları tərəfindən Köhnə-Xudat kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, Maraqlı şəxs2 aid məzar daşının üzərində doğum tarixi xx.xx.1941, ölüm tarixi xx.xx.2008 qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə doğulmuş Maraqlı şəxs2 nəvəsidir (qızının oğlu). Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2008-ci il tarixdə Xudat şəhər qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1941-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar