Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4378/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs 1 saylı “Asan Xidmət” X8) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs 1 saylı “Asan Xidmət” X8) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (maraqlı şəxs 1 saylı “Asan Xidmət” X8) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1979-cu il tarixdə xx.xx.1941-ci il təvəllüdlü X3 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yaşadıqları mənzildə vəfat etmişdir. Bununla bağlı Təcili və X5 Stansiyası tərəfindən Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Sonradan Ölüm haqqında şəhadətnamə alınması məqsədilə ərizəçi tərəfindən yaşadıqları ünvan üzrə ünvan 2namənin verilməsi üçün müraciət olunmuş, Poliklinikanın cavab məktubunda mərhumun ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Həmçinin, 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən müraciətlərinə cavab olaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Hal-hazırda Ölüm haqqında şəhadətnamənin alınması məqsədilə xx.xx.1941-ci il təvəllüdlü X2 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. AZE seriyalı, 07784783 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, X3 xx.xx.1941-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur.
8. 1 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, ölümü təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
9. 3 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xəstənin ölüm səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir.
10. Təcili və X5 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən olunur ki, X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, X3 onun yoldaşının babasıdır. Yoldaşının babası xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Dəfn mərasimi keçirilmiş, dəfndə iştirak etmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, X3 onun yoldaşının babasıdır. Yoldaşının babası xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etmişdir. Dəfn mərasimi keçirilmiş, dəfndə iştirak etmişdir.
13. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
16. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1941-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktı müəyyən edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1941-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Xəlil