Məhkəmə qərarları › İş №2(004)-4397/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4397/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4397/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X8, qızı X12 və gəlini X9 İ Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Papravənd kəndinə qrad düşməsi nəticəsində 22 iyul 1992-ci ildən vəfat etmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi və oğlu X3 rayonundan məcburi köçkündürlər. Rayon işğal edilən zaman onların ailəsi geniş olmuş, müharibə zamanı param-parça düşmüşdür. 1992-ci ilin iyul ayının 22-də ermənilər Ağdam rayonunun Papravənd kəndini ağır silahlardan atəşə tutmağa başlamışlar. Əvvəlcə ailənin bəzi üzvləri, ərizəçi və oğlu X1 çıxanlara qoşulsalar da, ərizəçinin oğlu X16, qızı X18 və gəlini X17 evdən çıxmaqda yubanmışlar. Sultanov Mübariz onlardan bir xəbər öyrənmək üçün geri qayıdanda evə qrad düşməsi nəticəsində yanıb külə döndüyünü görmüşdür. Onların cəsədləri də yanan evin dağıntıları altında qalmışdır. Ərizəçi və sağ qalan oğlu Sultanov Mübariz müxtəlif bədən xəsarətləri almış, daha sonra məcbur köçkün həyatı yaşamağa başlamışlar. Bütün bu illər ərzində hər ikisi müalicə almaqla məşğul olmuşlar. Bu yaxınlarda ərizəçi, oğlu X8, qızı X12 və gəlini X9 doğum haqqında şəhadətnamələrinin verilməsini qeydiyyat şöbəsindən istəsə də, ordan, yalnız onların ölüm haqqında şəhadətnamələrinin verilməsi halında mümkün olduğu qeyd olunmuşdur. Ərizəçi hesab edir ki, yaxın ailə üzvləri olmuş İ Qarabağ müharibəsi zamanı həlak olmuş oğlu X16, qızı X18 və gəlini X17 məhkəmə qaydasında ölmüş hesab edilməlidir. Daha sonra Ərizəçi nümayəndəsi X13 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, X8, X12 və X9 ölüm faktlarının müəyyən edilməsinə, onların vərəsəsi olaraq tanınması üçün zərurət yarandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi, X8, X12 və X9 İ Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Papravənd kəndinə qrad düşməsi nəticəsində 22 iyul 1992-ci ildən vəfat etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 01.04.1959-cu il təvəllüdlü X8, 05.11.1974-cü il təvəllüdlü X12 və 06.06.1975-ci il təvəllüdlü Sultanova (Həsənova) Maral Saday qızının 22 iyul 1992-ci il tarixdə Ağdam rayonunda ölmələri faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 545683 nömrəli, 10.08.2012-ci il tarixli, 797 nömrəli akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 08 avqust 2021-ci il tarixdə, kəskin koronar çatışmazlıq nəticəsində vəfat etmişdir. İş materiallarında olan AA № 088692 nömrəli, 02.06.2004-cü il tarixli məcburi köçkünlük vəsiqəsinə əsasən görünür ki, Ərizəçi, 1993-cü il tarixdə, Ağdam rayonunu məcburi surətdə tərk etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X10 ünvanlanmış 05.03.2021-ci il tarixli, 05/76-293/15 saylı məktuba əsasən görünür ki, X8 və X12 ölüm haqqında şəhadətnamələri Maraqlı şəxsnə təqdim olunmadığı üçün, doğum haqqında şəhadətnamələrin (arayışın) verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, 05/Q-578-69 nömrəli arayışa əsasən görünür ki, X12 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi üçün 18.03.2021-ci il tarixinədək yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli, 05/Q-577-69 nömrəli arayışa əsasən görünür ki, X8 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi üçün 18.03.2021-ci il tarixinədək yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 Saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli, 130 nömrəli arayışa əsasən görünür ki, Ərizəçi Sultan qızı və X13, Ağdam rayonundan məcburi köçkün kimi gətirilərək həqiqətən Mətbuat pr., 50 saylı evin 1 nömrəli mənzilində məskunlaşmışlar. İş materiallarında olan X5 Reyestri Xidməti tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 30.07.2021-ci il tarixli, 05/2-6600/13 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş 2 iyul 1978-ci il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən görünür ki, X20 6 iyun 1975-ci il tarixdə anadan olmuşdur. X2, anası X14r. Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan 14.12.1974-cü il tarixli, 342 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən görünür ki, X18 5 noyabr 1974-cü il tarixdə anadan olmuşdur. X4, anası X7r. Ağdam rayonu, Papravənd kəndində anadan olmuşdur. İş materiallarında olan 02.12.1974-cü il tarixli, 34 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən görünür ki, X16 1 aprel 1959-cu il tarixdə anadan olmuşdur. X4, anası X7r. Ağdam rayonu, Papravənd kəndində anadan olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ərizəçinin AA № 088692 nömrəli, 02.06.2004-cü il tarixli məcburi köçkünlük vəsiqəsinə əsasən müəyyən edilir ki, ərizəçi həqiqətən məcburi köçkündür və məcburi surətdə Ağdam rayonundan köçürülmüşdür. Ərizəçinin ərizəsində əsaslandığı Ağdam rayonunun işğal olunması, 1992-ci ilin iyul ayında Papravənd kəndinə hücum edilməsi faktları hamıya məlum olduğundan, təsdiq olunur və məhkəmədə heç bir şübhə doğurmur. Azərbaycan Respublikasl Mülki Məcəllənin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə qeyd edir ki, 1992-ci il tarixdən hazırki tarixə qədər 29 il ötmüşdür. Yəni, Mülki Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müddətlər artıq tamamlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin maddənin 4-cü bəndinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X5 dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin oğlunun, qızının və gəlininin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə oğlunun, qızının və gəlinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə 01.04.1959-cu il təvəllüdlü X8, 05.11.1974-cü il təvəllüdlü X12 və 06.06.1975-ci il təvəllüdlü Sultanova (Həsənova) Maral Saday qızının 22 iyul 1992-ci il tarixdə Ağdam rayonunda ölmələri faktı ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.04.1959-cu il təvəllüdlü X8, 05.11.1974-cü il təvəllüdlü X12 və 06.06.1975-ci il təvəllüdlü Sultanova (Həsənova) Maral Saday qızının 22 iyul 1992-ci il tarixdə Ağdam rayonunda ölmələri faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar