Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4398/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhum bacısı - xx.xx.1966-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Zığ yolu 1A ünvanında yerləşən fərdi yaşayış evində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Cəlilabad rayonun Sarxanlı kəndində doğulmuş X5 onun bacısıdır. X5 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Zığ yolu, 1A ünvanında vəfat etmişdir. Mərhum 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal qəbrstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və müraciətindən imtina edilmişdir. Hazırda bacısı X2 ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə və X5 isə xx.xx.1966-cı ildə Cəlilalabad rayonu, Sarxanlı kəndində doğulmuşlar. Onların atası Adıgözəl Abdullayev və anaları Xoşavaz Əmənovadır. - Bakı şəhəri TTTYS-nın 7 saylı Bölməsinin 21 iyul 2022-ci il tarixli 60 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:25-də Bakı şəhəri, Zığ yolu 1A ünvanına X5 adına çağırış daxil olmuş və həmin xəstəyə həkimə qədər ölüm diqanozu qoyulmuşdur. - Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli 62 saylı arayışından görünür ki, X1 rayonu, Ümumşəhər (Qurd qapısı) qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. - İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X3 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 156 nömrəli məktubundan görünür ki, ölüm haqqında təsdiqləyici sənədin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli xx/xx-2622/13 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1966-cı il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində faktiki yaşadığı Bakı şəhəri, Zığ yolu, 1A ünvanında vəfat etmiş və o, ölümündən sonra Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbristanlığında dəfn olunmuşdur. Hazırda ərizəçi məhrum bacısı X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx.xx.1966-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4398/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4398/2022
11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver