Məhkəmə qərarları › İş №2(004)-4409/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4409/2020

08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4409/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş xx.xx.1968-ci il təvllüdlü mərhum qardaşı X3 vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirir ki, o, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. X2 onun qardaşıdır. O, 2-ci qrup əlil idi. xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə qardaşı ünvan 1 ünvanında qeydiyyatsız yaşayarkən qəflətən vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə şifahi müraciət etmiş, lakin bu barədə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz izahatında bildirmişdir ki, o, mərhumun qonşusudur. X5 evinin qapısının ağzında yıxılıb ölmüşdür. Gedib əli ilə yoxlayıb və görüb ki, ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz izahatında bildirmişdir ki, o, mərhumun qonşusudur. İşdən qayıdanda görüb ki, camaat yığışıb. O, da yaxınlaşıb və görüb ki, mərhum evinin qapısının ağzında ölüb. Tarixi dəqiq bilmir, avqust ayında ölüb. İş materiallarında olan Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 351 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Yasamal rayonu, Qanlı göl, Qərb sahili, ev 189 ünvanına X3 adına çağırış daxil olmuş, 1968-ci il təvəllüdlü X3 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 751 saylı arayışa əsasən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 19 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 174 nömrəli məktubunda qeyd olunur ki, X3 ölümü 19 saylı şəhər poliklinikasının ərazisində deyil başqa ünvanda qəfləti baş vermişdir. Bu səbəbdən X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar