Məhkəmə qərarları › İş №2(004)-4416/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4416/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4416/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X5 xx.xx.1951-ci ildə anadan olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Atasının ölümünün qeydiyyata alınması və ona ölüm haqqında şəhadətnamənin verilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5 avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən qurumdan onlara ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində Ərizəçi onun dayısı, mərhum X3 onun babası olduğunu, 28 iyun tarixdə saat 16:00-dan gecə saat 00:30-a qədər növbədə olduğunu, növbə bitəndən sonra saat 01:00 radələrində evə gəldiyini, blokda dayısı ilə rastlaşdığını və birlikdə liftlə evə qalxdıqlarını, evə girəndə işiqların yanıq və televizorun açıq olduğunu görsə də, babasının otaqda olmadığını, hamamın işığının yanıq və qapısının bağlı olduğunu, qapının kilidini dayısı ilə birgə açdıqlarını, babasını hamamda duş kabinin içində oturaq vəziyyətdə gördüklərini, nəbzini yoxladıqlarını və dərhal təcili yardıma zəng vuraraq məlumat verdiyini, təcili yardım gələnə qədər babasının artq öldüyünü və babasını Qurd qapısı qəbirstanlığında dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində Ərizəçi onun qardaşı, mərhum X3 onun atası olduğunu, 29 iyun tarixdə saat 01:00 radələrində ad günündən evə qayıdanda blokda bacısı oğlu Ramizlə rastlaşdığını və birlikdə liftlə evə qalxdıqlarını, evə girəndə işiqların yanıq və televizorun açıq olduğunu görsə də, atasının otaqda olmadığını, hamamın işığının yanıq və qapısının bağlı olduğunu, qapının kilidini açdıqlarını, atasını hamamda duş kabinin içində oturaq vəziyyətdə gördüklərini, nəbzini yoxladıqlarını və dərhal təcili yardıma zəng vuraraq məlumat verdiklərini, təcili yardım gələnə qədər atasının artq öldüyünü və atasını Qurd qapısı qəbirstanlığında dəfn etdiklərini bildirdi. İş materiallarında olan Bakı şəhər Zaqs şöbəsi 26-cı Bakı komissarlığı tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX-ЖГ 418124 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1981-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. X2, anası X1r. İş materiallarında olan Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il çağırış tarixi ilə Yeni ünvan 1 ünvanında yaşayan X3 (kişi cinsli meyit) həkimə qədər ölümü təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 39 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 18-1-1-11/2-H-370-42-9/2025 nömrəli ərizəyə cavab məktubuna əsasən xx.xx.2025-ci il tarixdə saat 01:35 radələrində rəhmətə gedən ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamış xx.xx.1951-ci il təvəllüdlü X5 poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etməmiş, dispanser qeydiyyatda deyil və tərəflərindən xəstəliklə bağlı hər hansı bir tibbi sənəd təqdim edilməmişdir. Odur ki, ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1776/2025 nömrəli müraciətə cavab məktubuna əsasən X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanı xaricindədir. Maraqlı şəxs aidiyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-3127 nömrəli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirləı Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyat: ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barəuə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edildi. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 1401 nömrəli arayışına əsasən X5 (xx.xx.1951xx.xx.2025) Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuş X3 oğludur. X5 xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar