Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4417/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktın müəyyən edilməsi barədə” tələbinə dairmülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dairərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş xx.xx.1973-cü il təvəllüdlü mərhum qardaşı X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəci Ərizəçi xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuşdur və hal-hazırda Bakı şəh., Yasamal ray., A.Şaiq küç., dal.10., ev 5-də öz ailəsi ilə birlikdə yaşamaqdadır. Mərhum onun qardaşıdır. Mərhum qardaşı X9 xx.xx.1973-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Mərhum qardaşı ürək çatışmamazlığından əziyyət çəkirdi və xx xxxxxx 2020-ci il tarixində öz yaşadığı Bakı şəh., Yasamal ray., Qanlı göl qəsəbəsində yerləşən ev 85-də ev şəraitində qəflətən vəfat etmişdir. Mərhum qardaşı X6 xx xxxxxx 2020-ci il tarixində xəstəliyi ilə əlaqədar ağır vəziyyətdə xəstəxanaya aparmaq istəsələrdə artıq keçindiyindən çatdırmaqları mümkün olmamışdır. Mərhum qardaşı X9 xx xxxxxx 2020-ci il tarixində qohum-qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Sabunçu rayonu, Bilgəh qəbirstanlığında dəfn edilmişdir. Sadalananlara əsasən o, mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar imtina edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndini əsas göstərərək məhkəməyə müraciət edilməsini məsləhət görmüşdürlər. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixində ona zəng edərək qardaşının dünyasını dəyişdiyini bildirdilər. Mərhum xəstə idi və infakt keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum X9 həyat yoldaşının qardaşıdır. Mərhum əvvəldəndə xəstə idi və ölümündən 5-6 ay qabaq xəstəxanada stasionar müalicə almışdır. Həmin gün telefon vasitəsi ilə mərhumun ölümü barəsində məlumat verilmiş və o, ora getdikdə X9 artıq dünyasını dəyişmişdir. Onlar təcili tibbi yardım çağırmışlar hətta, polis əməkdaşlarıda ora gəlmişdirlər. Həmçinin mərhumdan COVİD 19 infeksiyasına görə analizdə götürülmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 1973-cu il tarixdə Bakı şəhərində anadan olmuş, anası X5, atası XXX Adil Baba oğlu göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin qardaşının ölümünün qeydiyyatı barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndalıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-1262/69 saylı arayışdan görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 39 nömrəli Şəhər Poliknikası tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1973-cü il təvəllüdlü X4 ölümünün baş vermə səbəbi məlum olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin poliknika tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadasının tərkibinə xx.xx.2020-ci il tarixdə Bakı şəh., Yasamal ray., Qanlı göl qəsəbəsində yerləşən ev 85-ə çağırış edilmiş və xəstə 1973-cü il təvəllüdlü X4 meyidi aşkar edilmişdir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X4 xx.xx.1973-cü ildə anadan olduğu və xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 345 saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən Bilgəh qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx xxxxxx 1973-ci il tarixdə anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tədqiq olunmuş, sübutlarla tam təsdiq olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4417/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4417/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver