Məhkəmə qərarları › İş №2(004)-4420/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4420/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4420/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1962-ci il təvəllüdlü Tovuz rayonu, Çatax kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, bacısı X2 xx.xx.1962-ci ildə Tovuz rayonu, Çatax kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayırdı. Subay idi, övladı yox idi. Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən bacısı X1 ölümü haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vəfat etdiyi eçen ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X1 ölüm haqqında şəhadətnamənin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən xx.xx.2023cü il tarixdə bacısının ölümünü qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Ziyad onun atasının əmisi oğludur. Ölən Ziyadın bacısıdır, 2023-cü il tarixdə vəfat etmişdir. Dəfndə iştirak etmiş və Sulutəpədə dəfn olunmuşdur. X1 ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 12 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 39 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-35xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 22 sentyabr 2023-cü il tarixli 2267 nömrəli arayışdan görünür ki, Ərizəçi bacısı X2 12 avqust 2023-cü il tarixdə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən Sulutəpə qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü Tovuz rayonu, Çatax kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü Tovuz rayonu, Çatax kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar