Məhkəmə qərarları › İş №2(004)-4422/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4422/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4422/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.06.1950-ci il təvəllüdlü həyat yoldaşı X1 23.05.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilərək, vətəndaşlıq vəziyyəti haqqında aktlarda müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16.06.1950-ci il təvəllüdlü həyat yoldaşı X1 23.05.2019-cu il tarixdə səhhətində kəskin ağrılaşmalar baş vermişdir. Təcili olaraq tibbi tədbirlərin görülməsi üçün tərəflərindən X10 aparılsa da, xəstəxananın kolidorunda vəfat etmişdir. Buna dair X12 tərəfindən məlumat sənədi verilmişdir. Ölüm baş verən vaxt 20-ci Polis bölməsinə də məlumat verilmişdir. O, Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 19 saylı Şəhər Poliklinikasına ərizə ilə müraciət edərək X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin o, yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də, yaşadıqları ərazi üzrə 19 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. O əlavə olaraq qeyd edir ki, mərhum həyat yoldaşı 23.05.2019-cu il tarixində “Binə qəbristanlığında” dəfn edilibdir. O, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat şöbəsinin təqdim etdiyi 28.07.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər (“ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə) təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamış və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, o ailəlidir, ali təhsillidir və zərgər işləyir. Ərizəçi isə onun dostudur. 2019-cu ilin may ayında ərizəçinin həyat yoldaşı X4 rəhmətə getmiş və onu “Binə qəbirstanlığında” dəfn etmişlər. Onların ailəvi gedib-gəlişi olmuş və o özü də yas mərasimində iştirak etmişdir. O, X1 23.05.2019-cu il tarixdə Bakı şəhərində ölməsini təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X11 X14 Şəxsin 09.03.2021-ci il tarixli, 652 nömrəli məktubdan görünür ki, 23.05.2019-cu il tarixdə saat 07:10-da X9 terapiya qəbul şöbəsinə Nərimanov rayonu, Maqsud Əlizadə 62A ünvanından 1950-ci il təvəllüdlü X4 övladları (qızı Əliyeva Aynurə, oğlanları Əliyev Samir və Əliyev Rasim) tərəfindən gətirilmişdir. Şöbəyə daxil olarkən X2 həyat əlamətləri yox idi. Ölüm haqqında 20-ci polis bölməsinə məlumat verilmiş, bölmənin təhqiqatçısı Orxan Abbaslı gəlib Nəsimi rayon Prokurorluğuna məlumat vermişdir. Meyid Nəsimi rayon Prokurorluğunun əməkdaşı müstəntiq Asiman Hacıyeva təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 10.03.2021-ci il tarixli, 05/76-723/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 19 saylı Şəhər Poliklinikasının imtina vərəqəsindən görünür ki, ölüm 23.05.2019-cu ildə baş vermiş və indiyədək müraciət edilməmişdir. Halbu ki, ölüm baş verdiyi tarixdən 3 gün ərzində ərazi poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciət edilməlidir. Təcili tibbi yardım tərəfindən ölümü təsdiq edən xəbərdarlıq vərəqəsi verilməmişdir. Ölüm halı X6 Terapiya şöbəsi tərəfindən şöbəyə daxil olarkən artıq həyat əlamətlərinin olmaması ilə təsdiqlənmişdir. Şöbə bu barədə Nəsimi rayon Prokurorluğuna və 20-ci Polis bölməsinə müraciət etmişdir. Göstərilən halları nəzərə alaraq SN-nin 52 saylı qərarına uyğun olmadığından Ölüm haqqında tibbi şəhadətnaməni (forma No 106) təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinin 15.07.2021ci il tarixli, 2077 nömrəli arayışından görünür ki, X4 23.05.2019-cu il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 həqiqətən də 23.05.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.06.1950-ci il təvəllüdlü X1 23.05.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar