Məhkəmə qərarları › İş №2(004)-444/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-444/2022

13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-444/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08.07.1981-ci il təvəllüdlü X4 24.10.2021-ci il tarixində Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum oğlu X9 08.07.1981-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 24.10.2021-ci il tarixində yaşadığı ünvan 1 ünvanında ev şəraitində hepatit C, ağciyər, bornxit xəstəlikləri səbəbindən vəfat etmişdir. Onlar həkim çağırmış, lakin həkim gələndək oğlu vəfat etmişdir. X5 24.10.2021-ci il tarixində Masallı rayon Banbaşı kənd qəbirstanlığında dəfn etmişdirlər. Bir müddət əvvəl mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin şöbə rəsmi qaydada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edərək, məktubda məhkəməyə müraciət etməsini məsləhət görmüşdürlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 08.07.1981-cü il təvəllüdlü X4 24.10.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi oğlu ilə bağlı olan sənədləşmə işlərinin aparılmasının olmasını qeyd etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.07.1981-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı 340448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08.07.1981-ci ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası Ərizəçidır, bu barədə doğum haqqında akt qeydləri kitabında 19.07.1981-ci il tarixdə 819 nömrə ilə qeyd edilmişdir.. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, 05/76- 4391/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.11.2021-ci il tarixli 685 nömrəli arayışdan görünür ki, 08.07.1981-ci il təvəllüdlü X9 Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X2 ərizəçinin oğludur. X2 bir müddət xəstəlikdən əziyyət çəkmişdir. O, X9 vəfat edəndə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım həkimləri getdikdən sonra o, ərizəçinin evinə getmiş və mərhumu görmüşdür. Mərhum X1 rayonun Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak edə bilməsə də, evdə təşkil edilmiş yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin oğlu olmuşdur. 24.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 rayonu Banbaşı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin oğlu X4 24.10.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.07.1981-ci ildə doğulmuş X4 24.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar