Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4461/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçimum Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə ilə məhkəməyə müraciət edərək, oğlu, 09.03.1985-ci il təvəllüdlü X7 15.06.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X10 15.06.2021-ci il tarixdə ünvan 1 ünvanında rəhmətə getmişdir. ünvan 2 vasitəsilə hadisə yerinə gələrək, ölüm faktına dair arayış verilmişdir. 18.06.2021-ci il tarixində, ərazi üzrə poliklinikaya getsə də, mərhum oğlunun ölüm səbəbi qəfləti olduğuna görə poliklinikada heç bir qeydiyyatı olmadığından ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Həmçinin, Maraqlı şəxs də rəsmi olaraq ölün faktının tanınmasından imtina etmişdir. Bundan sonra məlum olmuşdur ki, oğlunun ölüm şəhadətnaməsini almaq üçün vaxt keçiyiniə görə, qeydiyyata alınması ilə bağlı qanunun tələblərinə əsaslanaraq məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Ərizəçinin oğlu X10 15.06.2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş, onu Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn etmişdirlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahidlər ərizəçinin bacısı X4 və qudası X5 şahid X12 ilə eyni məzmunda izahat vermişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 18.06.2021-ci il tarixli məktubdan görünür ki, ərizəçinin vəfat etmiş oğlu X7 ölümünün qeydiyyata alınmasıbarədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barrədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X6 Stansiyası tərəfindən verilmiş 15.06.2021-ci il tarixli arayışdan görünür ki, X10 15.06.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. Bakı şəhəri 39 nömrəli Şəhər Poliklinikasının 18.06.2021-ci il tarixli, 158 saylı məktubundan görünür ki, ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, oğlu X7 ölüm səbəbi qəfləti olduğuna görə, poliklinikada heç bir qeydiyyat mövcud olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydası”nın 4.4.5-ci bəndinə əsasən Forma 106- Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Bələdiyyəsinin 21.06.2021-ci il tarixli, 1031 saylı arayışından görünür ki, 09.03.1985-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 15.06.2021-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu və şahid ifadələri ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 09.03.1985-ci il təvəllüdlü X7 15.06.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.03.1985-ci il təvəllüdlü X7 15.06.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4461/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4461/2021
26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver