Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4464/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2023-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı Yasamal rayonu, Tağı Şahbazi küçəsi 99, mənzil 53-də qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayan xx.xx.2023cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə valideynləri ilə birlikdə Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən bağ evində olarkən qəflətən pisləşmiş və o valideynləri və digər şəxslərin köməyi ilə yaxınlıqda olan ünvan 1 ünvanında yerləşən "xxxx"-a çatdırılmışdır. Lakin artıq xəstəxanaya daxil olduqda o vəfat etmişdir və xəstəxanada ona “südəmər uşağın qəflətən ölümü” diaqnozu qoyulmuşdur. Valideynlər uşağın vəfat etməsindən dərin mənəvi sarsıntı və iztirab keçirmiş övladlarının meyidini qeyd edilən xəstəxanadan götürərək dəfn üçün aparmışlar. X4 xəstəxanaya daxil olduğu zaman artıq vəfat etdiyi üçün "xxxx" valideynlərə ölüm haqqında tibbi şəhadətnamə verməmişdir. Ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edilsə də, Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması və şəhadətnamənin verilməsindən imtina etmişdir. X3 ölümünü valideynləri, həmçinin digər şəxslər də şahid kimi təsdiq edə bilərlər. X3 vəfat faktının müəyyən edilməsi ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 öz ifadələrində həqiqətən də, ərizəçinin övladı xx.xx.2023-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə səhhətinin qəflətən pisləşməsi nəticəsində ölməsi faktını təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş: "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 həqiqətən də xx.xx.2023-cü il, saat 16:38-də "xxxx" MMC klinikasının X10 şöbəsinə həyat əlamətləri olmadan daxil olmuş, ona ilkin müayinədə “südəmər uşağın qəflətən ölümü” diaqnozu qoyulmuşdur. İlkin müayinə zamanı meyitdə zədə izləri aşkar edilməmiş, meyit uşağın valideynləri tərəfindən məcburən aparılmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının.. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin övladı xx.xx.2023-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktı tədqiq olunmuş sübutlarla tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi övladı xx.xx.2023-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4464/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4464/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver