Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4469/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs X1 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı "işdən çıxarılma ilə əlaqədar dəymiş zərər məbləğinin işləmədiyi müddət üçün orta əmək haqqı, ödənilmiş dövlət rüsumu, mediasiyaya ödənilən rüsum, məhkəmələrdə hüququn müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı "işdən çıxarılma ilə əlaqədar dəymiş zərər məbləğinin işləmədiyi müddət üçün orta əmək haqqı, ödənilmiş dövlət rüsumu, mediasiyaya ödənilən rüsum, məhkəmələrdə hüququn müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuna zidd olaraq işdən çıxarılmam ilə əlaqədar dəymiş zərər (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqı məbləğinin, məhkəmələrdə hüququn müdafiəsi üçün vəkil (müdafiəçi) tutma ilə əlaqədar çəkdiyi xərclərin əvəzi olaraq cəmi 380 (üç yüz səksən) manat məbləğində vəsaitin, mediasiya Təşkilatlarına çəkdiyi xərclərin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində vəsaitin və dövlət rüsumu olaraq çəkdiyi xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aramızda bağlanmış xx.xx.2013-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və xx.xx.2017-ci il tarixli 61/11 saylı əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə qanuna zidd olaraq xitam verildi. Belə ki, 5 (beş) il fasiləsiz olaraq Cavabdeh ASC-də işləmişdi. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli Əmək Müqaviləsi təqdim etdi, o da ailəsi fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzaladı və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmr ilə yenidən “8 saylı” filialın müdiri vəzifəsinə təyin edildi. Baxmayaraq ki, xx.xx.2013-cü tarixindən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən Əmək Müqaviləsi yenə də qanuna zidd olaraq (belə ki, Əmək Məcəlləsinin 45-ci Maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan mənimlə bağlanılan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlandı və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılırdı. Bildirir ki, onun səhhətində ciddi problemlər yaranmışdı. Xəstəliyi ilə bağlı işdə olmadığı vaxt (evdə müalicə olunduğum zaman) “Yclo Bank" ASC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 128/A saylı Əmr ilə xitam verilmişdir. Qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2020ci il tarixində Nəsimi Rayon Məhkəməsinə İddia Ərizəsi ilə müraciət etdi. Hesab edirdi ki, cavadehin xx.xx.2020-ci il tarixli, 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Müraciətilə bağlı Nəsimi Rayon Məhkəməsi işin bütün hallarını araşdıraraq xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı Qətnaməsi ilə iddianı qismən təmin etdi. İddiam tam təmin olunmadığından apelyasiya şikayəti verdim. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8540/2020 saylı Qətnamsi ilə (əlavə olunur) Nəsimi Rayon Məhkəməsinin yuxanda qeyd edilən qətnaməsi olduğu kimi qüvvədə saxlanıldı. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Miilki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(102)-2974/2021 saylı Qərarı ilə iş yeni baxışa göndərildi. Yeni baxışla bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnamə qəbul edildi. Qətnamədən cavabdeh bir daha kassasiya şikayəti verdi və bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1014/2022 saylı Qərarı ilə cavabdeh “Yelo Bank" ASC-nin kassasiya şikayəti təmin edilmədi və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnaməsi dəyişdirilmədən saxlanıldı. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli İcra Vərəqi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərildi. xx.xx.2022-ci il tarixində cavbdeh İcra Vərəqini qismən icra eldi. Belə ki, məcburi iş buraxma dövrü üzrə əmək haqqı qismən ödənildi, amma öz işinə, “8 saylı" Filiala buraxılmadı. Öz işinə bərpa ilə bağlı isə xx.xx.2022-ci il tarixli əmr (əlavə olunur) tərtib edildi və görüntü yaratdılar ki, güya öz işinə bərpa edilmişdir. Həmin gündən o öz etirazını bildirməyə başladı və bildirdi ki, həmin əmr düzgün verilməyib, qüvvəyə minmiş Qətnamə icra edilmir, əmrdə nəzərdə tutulan filial onun öz iş yeri deyil. Bütün bu qanunsuzluqlara baxmayaraq cavabdeh öz bildiyini edirdi. Hətta vəziyyət o yerə çatdı ki, xx.xx.2022-ci il tarixində cavabdeh 113/A saylı xx.xx.2022-ci il tarixli əmrlə hətta mövcud olmayan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əsasən xitam verdi. Onu da bildirir ki, yuxarıda qeyd edilən və qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(103)-9642/2021 saylı Qətnaməsi bu günə kimi hələ də tam icra edilməmişdir. Yenə də qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinə İddia Ərizəsi ilə müraciət etdi. Hesab edir ki, yenə də cavadehin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəaində qeyd edilən tələbləri tam təmin edilməlidir. Ərizə Yasamal Rayon Məhkəməsində 2(004)-262/2023 saylı iş üzrə icraata qəbul edildi və xx.xx.2023-cü il tarixində Qətnamə çıxarıldı. Qərara etiraz olaraq xx.xx.2023-cü il tarixində Apellyasiya Şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2588/2023 saylı Qətnaməsilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan Qətnaməsinin ləğv edilməsi və onun apellyasiya şikayətinin təmin edilməsi qət edildi. Cavabdeh həmin qərardan Kassasiya Şikayəti verib. Hal-hazırda həmin şikayət Ali Məhkəmədə icraata qəbul edilib və güman ki, yaxın vaxtlarda Qərar qəbul olunacaq. Apellyasiya Məhkəməsinin qeyd olunan Qətnaməsilə ilkin olaraq sübut olundu ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və hüquqları yenə də kobud şəkildə pozulmuşdur. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı Rafael Hacıyevin iddia tələbləri əsasızdır. İddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmalı, İddiaçı əvvəlki işinə bərpa edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Daxil olmuş icra vərəqəsi Bank tərəfindən təxirə salınmadan xx.xx.2022-ci il tarixdən etibarən icra olunmağa başlanılmışdır. Belə ki, xx.xx.2022-ci il tarində işəgötürən tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək İddiaçı 43.133,98 manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 gün üçün pul vəsaiti ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli İ4QF7DB0002XO nömrəli bildirişin etibarsız hesab edilməsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə dəfələrlə həm yazılı, həm də şifahi olaraq müraciət edilmişdir. Sözügedən bildiriş X1 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində etibarsız hesab edilmiş və dərhal sonra Bank tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı əvvəlki işinə (əvvəlki adı “8 saylı” filialın müdiri) bərpa edilməsi barəsində əmr verilmiş, ona işə çıxmasına dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla ilkin olaraq icra vərəqəsi və işə bərpa ilə əlaqədar müvafiq prosedurların yerinə yetirilməsi məqsədilə (icra sənədinə əsasən əmək kitabçasına müvafiq düzəlişin edilməsi, təhlükəsizlik qaydalarına uyğun olaraq müəyyən şifrələrin və kartların verilməsi və s.) xx.xx.2022-ci il tarixdə Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 81K ünvanında yerləşən baş ofisinə dəvət edilmiş və gələrkən özü ilə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə əmək kitabçasının gətirilməsi bildirilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görüş zamanı İddiaçı Bankın “8 saylı” filialının (hazırki adı “28 May" filialı) müdiri vəzifəsinə işə bərpa olunduğu və icra sənədinin digər hissələrinin də Bank tərəfindən tam icra edildiyi onun və vəkilinin diqqətinə çatdırılmış və bu barədə yazılı məktub təqdim edilmişdir. Lakin İddiaçı əvvəlki iş yeri olan “28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan imtina etmişdir. Daha sonra "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş müavinət ödənilmişdir. Bundan başqa, bildirir ki, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən son nəticədə işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqının, məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 manat xərcin, 07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin (yəni 460 x 4 ay = 1840 manatın), mediasiyaya ödədiyi 60 manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Yasamal Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(004)-5600/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri üzrə işin icraatına xitam vermiş, eyni tarixli qətnamə ilə iddianı qismən təmin edərək, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, İddiaçı hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 manatın və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manatın cavabdeh “Yelo Bank" ASC-dən İddiaçı xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir. İddiaçı və Cavabdeh ASC-nin həmin qətnamədən ayrı-ayrı verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(103)-1853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin “hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən ödənilmiş cəmi 586) manatın Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilməsini, qətnamənin “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməsini, 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsini qət etmişdir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 128/A saylı əmrin ləğv ilə bağlı məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlər, habelə iddia ərizələrinin verilməsi ilə bağlı çəkilmiş xərclərin əvəzi İddiaçı tam şəkildə ödənilmişdir ki, bu hal da sonuncu tərəfindən mübahisələndirilmir. Bunlardan başqa, bildirir ki, İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli qərardadı ilə “icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” hissəsinə iş üzrə icraata hissəvi xitam verilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-262/23 №-li, xx.xx.2023-cü il tarixi, qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(103)-2588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini, Cavabdeh ASC-nin xx.xx.2022- ci il tarixli 1 13/A saylı əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh ASC, qətnamədən kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə hələ qanuni qüvvəsini almamışdır. Belə olan halda, İddiaçı həmin dövr üçün orta əmək haqqının, iddia ərizəsinin verilməsi ilə bağlı çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməsi əsasızdır. Qeyd olunanlara əsasən hesab edir ki, “pul tələbi barədə” İddiaçı iddia ərizəsi əsassızdır, ərizənin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 2-ci hssəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)-8540/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-2974/2021 saylı qərarına əsasən "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)- 8540/2020 saylı qətnaməsi iddianın müqavilənin müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni baxışa göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunaraq İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və iş hazırda Ali Məhkəmə Mülki Kollegiyasının icraatındadır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ə) bəndinə görə isə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Beləliklə, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsi”nə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” hissəsinə iş üzrə icraata hissəvi xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-262/23 nömrəli, xx.xx.2023-cü il tarixi qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 1 13/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh ASC, qətnamədən kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmişdir. Göründüyü kimi, hazırda İddiaçı Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə hələ qanuni qüvvəsini almamış, yəni Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri ləğv olunmamış, hazırda qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv olunması barədə iddia tələbinə dair mülki iş üzrə hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığından Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri ləğv olunmamış, yəni Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri hazırda qüvvədədir. Ona görə də, İddiaçı işdən çıxarılma ilə əlaqədar dəymiş zərər məbləğinin işləmədiyi müddət üçün orta əmək haqqı, ödənilmiş dövlət rüsumu, mediasiyaya ödənilən rüsum, məhkəmələrdə hüququn müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi tələbinə dair iddiası Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri hazırda qüvvədə oluduğundan əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı "işdən çıxarılma ilə əlaqədar dəymiş zərər məbləğinin işləmədiyi müddət üçün orta əmək haqqı, ödənilmiş dövlət rüsumu, mediasiyaya ödənilən rüsum, məhkəmələrdə hüququn müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4469/2023
18.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver