Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4503/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1928-ci il tarixdə Rusiya Federasiyası Volqoqrad şəhərində anadan olmuş X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X5 xx.xx.1928-ci ildə Rusiya Federasiyası Volqoqrad şəhərində doğulmuşdur. O, ünvan 1 ünvanında onunla birgə yaşayıblar. Anası xx.xx.2006-cı il tarixdə dünyasını dəyişmişdir. Müəyyən səbəblərdən bugünkü günə qədər ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X2 ölüm haqqında şəhadətnaməsinin alınması bugünkü gündə və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdəndən tərəfindən xx.xx.2024-cü il tarixdə anasının ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15/2780/2024 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndində əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə verərək, işin çoxluğu ilə əlaqədar olaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, Səmədzadə Validə onun qonşusudur. Nümayəndə həm qonşusu, həm də dostudur. Rauf, anası və nənəsi bir yerdə qalırdılar. X5 2006-cı ildə yay aylarında evində rəhmətə getmiş və o, dəfndə iştirak etmişdir. İş materiallarında olan ИЖ 293472 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 412 nömrə ilə qeyd edilmişdir. Atası Səməd-zadə Həmid Salah oğlu, anası X3. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon DİN-nin 3-cü bölməsi tərəfindən 28 oktyabr 1977-ci il tarixində verilmiş İV-ЖГ 654819 saylı SSRİ vətəndaşının pasportuna əsasən X5 15 may 1928-ci il tarixində Volqoqrod vilayətinin Mixaylov rayonu, Otradnoye kəndində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1279-15/24 nömrəli arayışa əsasən X2 barəsində ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3/16-5/8- 15/2780/24 nömrəli Ərizəçi ünvanlanmış məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanları xaricində olduğunu bildirərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyası 8 saylı yardımçı stansiyasının 3 saylı poliklinikaya verdiyi 17 avqust 2006-cı il tarixli, 332 nömrəli sorğuya (ərizəyə) cavabına əsasən 17 avqust 2006-cı il tarixli 120 saylı sorğuya (ərizəyə) cavab olaraq bildirilib ki, M.Subhi 172 ünvanda X5 adına çağırış daxil olmuşdur. Çağırış 8 saylı KYS-nın həkimi yerinə yetirmiş, həmin xəstəyə qadın cinsli meyid diaqnozu qoymuşdur. Müraciət barədə 27-ci polis bölməsinə məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1464 nömrəli arayışa əsasən X5 (xx.xx.1928-xx.xx.2006) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının Xristian məzarlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 aid məzar daşının üzərində xx.xx.2006-cı ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.1928-ci il tarixdə doğulmuş X1r. X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının Xristian məzarlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1928-ci il təvəllüdlü X2 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü X2 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4503/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4503/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver