Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4515/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə doğulmuş bacısı X1 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində ölməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, bacısı X2 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O vəfat etdiyi gün Abşeron rayonu Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda bacısı X1 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum bacısı X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərdi ki, bacısı qızılca xəstəliyindən vəfat etmişdir. Bu barədə atası, qohumları və qonşuları onu məlumatlandırmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, bacısının ölüm faktının təsdiqi vərəsəlik şəhadətnaməsinin verilməsi üçün lazımdır. Belə ki, anasının adına daşınmaz əmlak vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin onların nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs 31 may 2024-cü il tarixli 3-16-5/8-832-15/24 saylı arayışından görünür ki, 25 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-15-584/2024 nömrəli məktubundan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi 7 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü ilədək X3 ailə tərkibinə dair məlumatlara əsasən: arvadı xx.xx.1950-ci il təvəllüdlü X5, oğlu xx.xx.1969-cu il təvəllüdlü X8, oğlu xx.xx.1973-cü il təvəllüdlü X6, qızı xx.xx.1975-ci il təvəllüdlü X2 və oğlu xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi. Məhkəmə sorğusuna əsasən əldə edilmiş Xırdalan Bələdiyyəsinin sədrinin məktubundan görünür ki, 1975-ci il tarixdə anadan olmuş X1 Xırdalan qəbirstanlığında dəfn edilməsi, ona məxsus məzarın mövcud olması və qeydiyyat kitabında bu barədə qeydin olmasına dair heç bir məlumatları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, ərizəçinin atasıdır, rəhmətə gedən onun qızıdır, 1978-ci ildə qızılcadan rəhmətə gedib, Xırdalan qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur, Gülnarə ərizəçinin bacısıdır. 3 yaşında qızılcadan rəhmətə getdi. Onun ölümünə şahid olmuşdur. Həmin vaxt o da orda olmuşdur. Təcili tibbi yardım da çağırılmışdı. Lakin artıq uşaq vəfat etmişdi. Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ev 95də ailəsi ilə birlikdə yaşadığı evdə vəfat etdi. Xırdalan qəbiristanlığında dəfn edildi. Orda qəbirüstündə də olmuşdur. Qəbrin təxmini yerini də bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, ərizəçinin əvvəllər həm qonşusu olmuşdur, hal-hazırda da qudasıdır. uşaq 1978-ci il tarixdə qızılcadan rəhmətə gedib. Qonşularının evindən gələn səsi eşidib, gedib görüb ki, uşaq rəhmətə gedib. Təcili yardım çağırıblar amma gələnə qədər uşaq ölmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçinin əmisi arvadıdır, Gülnarə ərizəçinin bacısıdır. O vaxt poliklinikda tibb bacısı olaraq çalışırdı. Uşaq 1978-ci ildə rəhmətə gedəndə dəfndə iştirak edib. Ərizəçinin anası ilə birlikdə qəbir üstünə ziyarətə gedirdi. Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1975-ci ildə anadan olmuş X1 xx.xx.1978-ci il tarixində ölməsi faktı şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə anadan olmuş X1 xx.xx.1978-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4515/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4515/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver