Məhkəmə qərarları › İş №2(004)-4524/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4524/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4524/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə anadan olmuş X8 13 noyabr 1984-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, atası isə X10 olmuşdur. Valideynlərinin nikahı rəsmi olaraq qeydə alınmışdır. Mərhum X5 xx.xx.1984-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və Lənkəran şəhərində yerləşən "Böyük bazar" qəbristanlığda dəfn olunmuşdur. Atası vəfat edərkən başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadları olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişdir. Anası Onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün iddia ərizəsini o, verir. Hazırda atasının adına ölüm haqqında şəhadətnamə almaqdan ötrü qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Maraqlı şəxsnə və əlavə olaraq Lənkəran rayon Qeydiyyat şöbəsinədə müraciət etdi. Bakı şəhəri, Maraqlı şəxs arxivində X5 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verildi. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Ona görə də o, X3 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona anama sosial yardım məsələsinin həll edilməsi üçün lazımdır. X3 ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini eşitmişdir. Hər il onun məzarını ziyarət edir. Atasının vəfatı ilə bağlı ölüm haqqında şəhadətnamə əldə etmədikləri üçün atası ilə anası sistemdə rəsmi nikahda görünürlər. Həmçinin, əmiləri də atasını tanıyırdılar. Verilən suallara cavab olaraq bildirmişdir ki, anası yenidən ailə qurub və o, anasının ilk nikahından doğulan tək uşaqdır. Ailədə 5 uşaq olmuşlar və hər biri hal-hazırda yaşayır. Yol-nəqliyyat hadisəsi Lənkəran rayonunda baş verib. Atasının vəfatından sonra Lənkəran rayonunda miras qalan evdə əmiləri və onların övladları yaşayırlar. Həmin evlə bağlı heç bir tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin lakin maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçinin atası Yusif Əkbərov bacısının həyat yoldaşı idi. O, 1984-cü ildə vəfat etdikdən sonra Lənkəran rayonunda dəfn edilib. Verilən suala cavab olaraq bildirmişdir ki, Əkbərov Yusifin vəfat etmə səbəbini və məkanını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Əkbərov Yusifi tanıyırdı. O, rəhmətə gedəndə Lənkəran rayonunda yas mərasimində atası ilə birlikdə iştirak etmişdir. O, onu yaxşı tanımasa da, atası tanıyırdı. Verilən suala cavab olaraq bildirmişdir ki, Yusifin vəfatının səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ərizəçi Yusif adlı qardaşının oğludur. Onlar ailədə 5 qardaş olmuşlar və qardaşları vəfat ediblər. Ərizəçinin atası xx.xx.1984-cü ildə Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Ərizəçi oğlunu hərbi məktəbə yazdırmaq istəyir və onun qohumları araşdırılır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı Lənkəran rayonunda dəfn edilib. Cinayət işinin başlanması üçün şikayət etməmişdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, belə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Oktyabr rayon qeydiyyat idarəsi tərəfindən verilmiş X-ЖГ seriyalı 284045 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuşdur. X5, anası X4r. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 və X7 31 yanvar 1984-cü ildə Bakı şəhəri Maraqlı şəxsndə nikaha daxil olmuşlar və bu barədə 84 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu ildə Lənkəran şəhərində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" X15 Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 51 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.1984-cü il tarixində oğlunun dediyinə görə vəfat etmiş və Lənkəran şəhər qəbirstanlığında dəfn olunmuşdur. ASM-in arxivində heç bir məlumat olmadığına görə ölüm faktını qeyd edə bilmirlər. Arayış Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Lənkəran rayonu Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş 141/02 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Lənkəran şəhər "Böyük bazar" qəbristanlığının Bakı-Astara yolunun sol tərəfində yerləşən hissəsində X5 adına qəbir daşı vardır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X8 xx.xx.1984-cü ilə aid ölümü haqqında akt qeydi Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "X2 dövlət qeydiyyatı qaydası"nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda o, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi məhkəmənin sorğusuna 3-13-96/2-25658/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin arxivində olan 1984-cü ildə baş vermiş cinayətlərin qeydiyyat jurnalına baxış keçilən zaman X8 xx.xx.1984-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı cinayət işinin başlanması barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.3-cü bəndinə əsasən, Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Ərizəçi məhkəməyə müraciət edərək, atası xx.xx.1959-cu ildə anadan olmuş X8 13 noyabr 1984-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə tələblə bağlı qeyd edir ki, ərizəçinin X3 3 noyabr 1984-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi üçün iş materiallarında mötəbər sübutlar mövcud deyildir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından və xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X8 ölümü barədə X2 avtomatlaşdırılmış informasiya sistemində akt qeydi aşkar olunmamışdır. Ərizəçi tərəfindən ölüm faktını təsdiq edən ilkin tibbi sənədin (ölüm haqqında həkim arayışı/şəhadətnaməsi) mövcudluğu və onun itirilməsi və ya bərpası ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 51 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.1984-cü il tarixində oğlunun dediyinə görə vəfat etmiş və Lənkəran şəhər qəbirstanlığında dəfn olunmuşdur. ASM-in arxivində heç bir məlumat olmadığına görə ölüm faktını qeyd edə bilmirlər. Göründüyü kimi ərizəçinin atasının ölümünü təsdiq edən tibbi sənəd mövcud deyil. Məhkəmə iclasında izahat vermiş ərizəçi yalnız ölüm faktının baş verdiyini iddia edir. Lakin şahidlərdən Şahid2 və Şahid1 ifadələrində ərizəçinin atasının vəfat etdiyini qeyd etsələr də, ölümün səbəbini və məkanı barədə məlumat verə bilməmişdilər. Digər Şahid3 isə ifadəsində qardaşının yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini, lakin bu barədə şikayət etmədiklərindən cinayət işinin başlanmadığını bildirmişdir. Şahidin vediyi məlumatın həqiqiliyinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə verilmiş sorğunun nəticəsində müəyyən olunmuşdur ki, Lənkəran ŞRPŞ-nin arxivində olan 1984-cü ildə baş vermiş cinayətlərin qeydiyyat jurnalına baxış keçilən zaman X8 xx.xx.1984-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı cinayət işinin başlanması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə Şahid3 yol-nəqliyyat hadisəsi törətmiş şəxs barədə şikayət etmədikləri üçün cinayət işinin başlanmamasına dair ifadəsində göstərdiyi xüsusata münasibətdə qeyd edir ki, Azərbaycan SSR-in 1960-cı il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş və 30 dekabr 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsinin 208-ci maddəsində əksini tapmış “Nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin işlədilməsi qaydalarının pozulması” cinayət hesab edilirdi. 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə (“Yalnız zərərçəkmiş şəxsin şikayəti ilə başlanan cinayət işləri”) görə isə “Azərbaycan SSR Cinayət Məcəlləsinin 106, 108-ci maddəsinin birinci hissəsi, 121-ci maddəsinin birinci və ikinci hissələri, 122-ci maddəsində nəzərdə tutulan cinayətlər haqqında cinayət işini başlama yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin şikayəti ilə ola bilər. Zərərçəkmiş şəxs müqəssirlər hökm çıxarılana qədər barışdıqda, iş məhkəmə tərəfindən xitam edilməlidir. Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə, müqəssirdən asılı halda olduqda və öz hüquqlarını şəxsin müdafiə etmək imkanına malik olmadıqda prokuror öz təşəbbüsü ilə cinayət işi başlamalı və ya başlanmış işə qarışmalıdır. İşinin həllinin ictimai xatakteri olduqda da prokuror iş başlayır və ya işə qarışır. Prokurorun işə qarışması zərərçəkmiş şəxsi bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan məhrum etmir.” Göründüyü kimi, 1984-cü ildə qüvvədə olmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cinayət təqibi zərərçəkmiş şəxsin şikayətinin olub-olmamasından asılı olmayaraq, prokuror tərəfindən həyata keçirilirdi və məhkəmə sorğusundan cavab məktubundan da müəyyən olunur ki, X8 xx.xx.1984-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı cinayət işinin başlanması barədə məlumat qeydə alınmamışdır. Mövcud vəziyyətdə, şəxsin ölüm faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölümün faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölümün faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar