Məhkəmə qərarları › İş №2(004)-4530/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4530/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4530/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 noyabr 1993-cü il təvəllüdlü X4 12 aprel 1997-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, əirəzçi Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10 noyabr 1993-cü il təvəllüdlü X4 12 aprel 1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X7 12 aprel 1997-ci ildə vəfat etmişdir. Onun vəfat etməsinə səbəb vurulmuş peyvəndin orqanizminə uyğun gəlməməsi olmuşdur. Ona peyvənd vurulduqdan sonra halı pisləşmiş, ərazi üzrə təcili tibbi yardım çağırsalar da, həyatını xilas etmək mümkün olmamışdır. Eyni zamanda, ərazi üzrə poliklinikaya müraciət etmələrinin nəticəsi olmamışdır. Bundan sonra el adəti ilə həmin uşağı Yasamal rayon qəbiristanlığında Qurd qapısı deyilən ərazidə dəfn etmişlər. Tərəflərindən dəfn və yas mərasimi keçirilmişdir. Həmin uşaq 10 noyabr 1993-cü ildə doğulmuşdur. X1r. 2023-cü ildə əri Vəzirov Azər xəstəlikdən vəfat etmişdir. Bununla əlaqədar olaraq, ərazi üzrə qeydiyyat şöbəsindən mərhumun adına ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Lakin, vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət edildikdə müəyyən edilmişdir ki, baza məlumatlarında qızı mərhumə Səbihə Vəzirovanın ölümü barədə məlumatlar qeydə alınmamışdır. Bu səbəbdən, vərəsə olaraq ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Ona görə də, qızı Səbihə Vəzirovanın məhkəmə qaydasında ölüm faktı müəyyən edilməlidir. Əlavə olaraq bildirir ki, qızının ölüm faktının müəyyən edilməsi ona ərindən miras qalmış, əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün lazımdır. O, qızının adına ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Digər tərəfdən, ərazi üzrə poliklinikadan qızının ölüm səbəbi ilə bağlı ona müvafiq arayış verilmiş, ölümün səbəbində təqsirkar olan poliklinikanın həkimi barəsində tədbir görülərək tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, 12 aprel 1997-ci ildə mərhum qızına poliemit peyvəndi verilmişdir. Uşağı gəzməyə çıxaranda qəfildən uşağın halı pisləşmişdir. O və həyat yoldaşı uşağı poiklinikaya aparmışlar. Daha sonra, təcili yardım çağırmışlar. Təcili yardım onları uşaq xəstəxanasına aparmışdır. Uşaq xəstəxanasında həkim onlara uşağın artıq vəfat etdiyini bildirmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7/3490 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan 28 aprel 1997-ci il tarixli 2 nömrəli “Ölüm haqqında həkim şəhadətnaməsinin kötüyü”nün surətindən görünür ki, 10 noyabr 1993-cü il təvəllüdlü X7 xx.xx.1997-ci il tarixdə ürək-damar fəaliyyətinin dayanması, kəskin virus infeksiyası və s. səbəbilə evdə-Talıblı küçəsi, ev 34, mənzil 65 ünvanında vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən 11 avqust 2023-cü il tarixdə verilmiş 3-16-5/8-2100-15/23 nömrəli arayışdan görünür ki, 10 noyabr 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil olmuş bütün vətəndaşılıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X4 10 noyabr 1993-cü ildə doğulduğu, 12 aprel 1997-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının həyat yoldaşıdır. Mərhum uşağa polimelit peyvəndi verilmiş, peyvənddən sonra uşağın halı pisləşmişdir. Uşağı poliklinikaya aparmışlar. O, gələndə artıq uşaq vəfat etmişdir. Uşağın dəfnində və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi əmisinin həyat yoldaşıdır. O, gedəndə artıq uşaq vəfat etmişdi. Mərhumun meyitinin yuyulmasında, onun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarından görünür ki, 13 nömrəli uşaq poliknikinası tərəfindən Ərizəçi xx.xx.1997-ci il tarixdə vəfat etmiş qızı X4 ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, müddətin uzun olması və poliklinika 18 yaşadək xidmət etdiyini nəzərə alaraq ərizəni cavablandırılmaqdan imtina edilir. Ona xx.xx.1997-ci ildə 13 saylı poliklinika tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kötüyünün surəti təqdim edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin qızı olmuşdur. xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2 rayon qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qızının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qızının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qızı X4 xx.xx.1997-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə doğulmuş X4 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar