Məhkəmə qərarları › İş №2(004)-4565/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-4565/2022

22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4565/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh MMC-yə qarşı “pul və əmlak” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə etmişdir. İddaçı İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X4 cavabdeh qismində tanınmasını və dəymiş ziyana görə 11.000 manat pulun X3 onun xeyrinə tutulması, Cavabdeh MMC-dən ona məxsus olan **- UF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobilin alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4565/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər X7 və Cavabdeh MMC-yə qarşı “pul və əmlak” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tanışı X4 vasitəsilə mülkiyyətində olan 2016-cı il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında Cavabdeh MMC-yə aylıq 833 manat olmaqla 27 ay müddətinə ödəmək şərti ilə satmışdır. Cavabdeh MMC-nin müdiri olan X5 ilk əvvəl müəyyən ödənişləri tanışı olan X6 etməsinə baxmayaraq həmin məbləğdən mülkiyyətçi olaraq heç bir məbləğdə ödəniş ona edilməmişdir. Hazırda isə avtomobilin nasaz olmasını əsas gətirərək ödənişlər edilmir. Odur ki, mülkiyyətində olan 2016-cı il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş etibarnaməni ləğv etmiş, lakin cavabdeh şəxs ona məxsus avtomobili qaytarmaqdan boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı, 602568 nömrəli nəqliyyat vasiətsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2016-cı il buraxılışlı, sedan tipli, “Chevrolet Cruze” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan ƏN-İ seriyalı, 860142 nömrəli etibarnamənin surətinə əsasən İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyətləri xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-yə etibar etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılıq müqaviləsinə əsasən X1 Nəzir Talıbxan oğluna məxsus olan “Chevrolet Cruze” markalı avtomobili dəyəri 22.500 manat olmaqla 27 ay ərzində hər ay 833 manat ödəməklə almış, ödənişi hər ayın 9 tarixində ödəməyi öz öhdəsinə götürmüşdür. İşin müəyyən edilmilş halları odur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan avtomobili razılıq müqaviləsi əsasında aylıq ödəniş edilməklə 22.500 manata Cavabdeh MMC-yə satmış, həmçinin avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir, lakin Cavabdeh MMC razılaşdırılmış qaydada və vaxtda ödənişləri həyata keçirməmişdir. Hazırda iddiaçı mülkiyyətində olan avtomobilin KH 010” MMC tərəfindən ona təhvil verilməsini və həmin avtomobilin yarasız vəziyyətə düşməsi ilə bağlı dəymiş maddi ziyanın əvəzi olan 11.000 manat məbləğində pulun X3 onun xeyrinə tutulmasını tələb edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişlər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomobil iddiaçının mülkiyyətində olduğundan və Cavabdeh MMC razılıq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi avtomobilin Cavabdeh MMC-dən alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddiaçının pul tələbi ilə bağlı qeyd edir ki, həmin məbləğin iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bu halda cavabdeh X3 11.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddia təmin edilməli, cavabdeh X3 dəymiş maddi ziyana görə 11.000 (on bir min) manat pul İddiaçı xeyrinə tutulmalı, Cavabdeh MMC-dən “Chevrolet Cruze” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X7 və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 dəymiş maddi ziyana görə 11.000 (on bir min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 2016-cı il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X3 və Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar