Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4569/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə MMCyə qarşı hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “Azemis” elektron məhkəmə informasiya sistemindən alınmış məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Nəsimi rayonunda, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı isə Səbail rayonunda yerləşir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə, Səbail rayon məhkəməsinə və ya Sumqayıt şəhər məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-4569/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Mən, Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsi və nəticələrinə dair protokolun, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini 02 iyul 2021-ci il tarixdə saat 10:30-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 10:50-də başa çatdı. Protokol 02 iyul 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4569/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4569/2021
02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver