Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9449/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(004)-841/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(004)-841/2021 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmamışdır. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətlə müraciət edərək göstərmişdir ki, hazırkı işə görə iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işin icraatı Gəncə Apellyasiya Məhkəməsində dayandırılmışdır. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi bankın iddiasına baxılmasını yubatmaq məqsədi daşımışdır. Hesab edir ki, işlər bir-biri ilə bağlı olduğundan onlara bir icraatda baxılması zəruridir. Bu mübahisənin daha tez həll olunmasına xidmət edər və süründürməçiliyin qarşısını alar. Bu səbəbdən də, hazırkı işin Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan mülki işə birləşdirilərək bir icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2, X3, X2, X4 və X5 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(104)-155/2021 saylı mülki işlə (sədrlik edən Azər Bayramov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd olunan mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(104)-155/2021 saylı mülki iş daha əvvəl icraata icraata götürülməklə, icraatı bu iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bu səbəbdən də, hazırkı mülki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsaətət təmin olunsun. Hazırkı mülki iş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2, X3, X2, X4 və X5 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(104)- 155/2021 saylı mülki işlə mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Hazırkı mülki iş işlərin birləşdirilməsi məqsədilə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9449/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9449/2021
16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver