Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-65/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı3, üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-nə qarşı ipoteka predmeti olan Əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-nə qarşı ipoteka predmeti olan əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin və Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi (ləğv edilməsi), həmin fərdi yaşayış evinin yenidən hazırki dövr üçün likvid qiymətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X7 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini ekspert rəyinin ləğvi və əmlakın likvid dəyərinin müəyyən edilməsi təşkil edir. Deməli, hazırkı işdə iddiaçıların mübahisələndirdiyi məsələ əmlakın qiymətləndirilməsi barədə rəyin əsassız sayılması barədədir. Məhkəmə hesab edir ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 71846 (yetmiş bir min səkkiz yüz qırx altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 25443 (iyirmi beş min dörd yüz qırx üç) ABŞ dolları 80 (səksən) sent faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər İddiaçı3, X6 və İddiaçı2 müştərək qaydada tutularaq Maraqlı şəxs QSC-yə verilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində pulun Maraqlı şəxs QSC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin cavabdehlər X6, İddiaçı2, İddiaçı1 və X4 qaytarılması, ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 110180 (yüz on min bir yüz səksən) manat, Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat dəyərində qiymətləndirilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər X6, İddiaçı2, İddiaçı1 və X1 evlərdən çıxarılması və evlərin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan əmlakın likvid dəyəri (ilkin satış) müəyyən edilmiş, əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, borclunun mübahisəli əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövrü əhatə etdiyindən, hazırki mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla mülki dövriyyənin sabitliyini pozmuş olar. Azərbaycan Respublikası MPM-nin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalardan göründüyü kimi iş üzrə sübutların təqdim edilməsi, əldə olunması və qiymətləndirilməsi konkret mülki işə baxılarkən həll edilən məsələdir. Başqa bir mülki iş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi və çıxarılan qərarın əsası kimi götürülən sübutun ayrıca iddia icraatında mübahisələndirilməsi mülki mühakiməni heçə endirir. Belə iddialara baxılması onu ehtiva edir ki, bir mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin mülki işdə məhkəmənin əsas götürdüyü bütün sübutlar (şahid ifadəsi, tərəflərin izahatları, mütəxəssis rəyi, maddi sübutlar və.s.) ayrıca iddia icraatı qaydasında mübahisələndirilə bilər. Əslində iddiaçılar hazırkı tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsaslar, zəmin hazırlayır. Lakin qanunverici belə halların iddia icraatı qaydasında əldə olunmasını istisna edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-nə qarşı ipoteka predmeti olan Əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSCnə qarşı ipoteka predmeti olan Əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına iş məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-65/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-65/2023
15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver