Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1709/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Tural Sarıyevin iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair və Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizələri ilə bağlı 2(004)- 4935/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit və xx.xx.2020-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı Cavabdeh BOKT ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas borc, 12767,6 manat faiz, 18094,99 manat cərimə olmaqla, cəmi 70544,59 manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pulun iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 96.000 manat müəyyən edilməklə ünvan 1, 71 nömrəli mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada cavabdehdən tutulması, ünvan 1, 71 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5442/2021 nömrəli qərardadı ilə həmin iddia ərizləri ilə bağlı mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-cı il tarixli, 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən İddiaçı tibbi avadanlığın alınması üçün Cavabdeh BOKT ASC-dən illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 40000 manat kredit götürmüşdür. Verilmiş qrafikə uyğun olaraq İddiaçı Cavabdeh BOKT ASC-yə hər ay 1832 manat ödəməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən 2 nömrəli evin ümumi sahəsi 69,20 m2 olan 71 nömrəli mənzilini aldığı kreditin qaytarılmasının təminatı kimi Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilədən irəli gələn qrafiq üzrə hər ay 1832 manat olmaqla üç ay ödəniş etsə də, növbəti aylar üçün ödəmə qabiliyyəti aşağı düşmüş və mövcud qrafik üzrə ödənişləri həyata keçirə bilməməmişdir. İddiaçı maddi imkanlarına, baş vermiş «Covid19» pandemiyası ilə bağlı və digər səbəblərdən qazanc əldə edə bilməmiş, krediti qrafiq üzrə ödəyə bilməyəcəyini cavabdehə bildirmişdir. Cavabdeh vəziyyətdən çıxış yolu olaraq üç ay əvvəl bağlanılmış müqaviləyə xitam verilməklə yeni tarixlə hər ay 1700 manat ödəmək şərtilə üç ay güzəşt edilməklə 39 ay müddətinə 39682 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlana biləcəyini bildirmişdir. Həmçinin, verilən güzəşt çərçivəsində əvvəl ödənilən komisiyon və üç ay ödənilən 5500 manatdan çox pulun sonradan axırıncı götürülən kredit məbləğindən çıxılacağı və indiki kredit üçün ümumi məbləğin 11,1 faizini ödəməli olduğu bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehin dediklərinə inanıb xx.xx.2020-ci il tarixdə yeni kredit müqaviləsi bağlamışdır. İddiaçı maddi vəziyyətinə görə yenə də müqavilə üzrə öhdəliyin birinci ayını tam yerinə yetirmiş, sonradan gecikmələr olsa da müxtəlif məbləğlərdə krediti ardıcıllıqla ödəməyə (xx.xx.2020-ci il üçün 1.700 manat, 15 oktyabr 2020-ci il üçün 800 manat, 10 noyabr 2020-ci il üçün 1.000 manat, 11 dekabr 2020-ci il üçün 2.250 manat, 12 yanvar 2021-ci il üçün 1.300 manat, 11 fevral 2021-ci il üçün 1.400 manat, 12 mart 2021-ci il üçün 1.400 manat, 12 aprel 2021-ci il üçün 1.400 manat və s.) başlamışdır. İddiaçı ümümilikdə 7050 manat ödəniş etmişdir. İddiaçının ödədiyi məbləğlər faizə çıxılmışdır. Həmçinin yeni müqavilə üzrə götürülən kreditin ümumi məbləğinin 11,1 faizi komisiyon haqqına çıxılmışdır. Komisiyon haqları əvvəlcədən nəqd şəkilində alınmışdır. Ümumilikdə iddiaçı hər iki müqavilə üzrə əvvəlcədən cavabdehə ilkin müqavilə üzrə 5500 manatdan çox olmaqla, hər iki müqavilə üzrə komisiyon haqq üçün 8000 manatdan çox pul ödəmişdir. Cavabdeh BOKT ASC-yə müqavilə üzrə ödənişdən daha çox pul ödəsə də, cavabdeh yenidən ona əsassız olaraq əsas, faiz və dəbbə pulu hesablamaqla 21797,73 manat pul tələb edir. Kredit götürərkən iddiaçıya bildirilmişdir ki, imkanı olduqca pulları ödəsin ki, borc məbləğinin üstündən silinsin. İddiaçı imkanına uyğun şəkildə krediti bu səkildə ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, istər müqavilənin məzmunu, istərsə də cavabdehin əməkdaşlarının şifahi dedikləri saxta imiş. Bu barədə cavabdehin xəbərdarlıq məktubu gəldikdən sonra bilmişdir. Məktub gəldikdən sonra iddiaçı cavabdehlə danışıqlar aparmış və bilmişdir ki, cavabdeh iddiaçının hüquqi savadsızlığından sui-istifadə edərək, əvvəlcədən düşünülmüş şəkildə onun pullarını, əmlakını mənimsəyərək saxtakarlıq etmiş, qanunla qorunan konstitusiyon hüquqlarını kobud şəkildə pozmuş, iddiaçının və digər ailə üzvlərinin vəziyyətini çox acınacaqlı şəklə salmışdır. Həmçinin, ipoteka müqaviləsi bağlanarkən mənzilinə çox aşağı qiymət - 96000 manat qoyulmuşdur. Hesab edir ki, əslində əmlakın dəyəri olduqca yüksəkdir. İddiaçı Cavabdeh BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-cı il tarixli, 2020/00048-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh BOKT ASC borcalan İddiaçı illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 40000 manat kredit vermişdir. Verilmiş qrafikə uyğun olaraq İddiaçı Cavabdeh BOKT ASC-yə hər ay 1832 manat ödəməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsindəki 2 nömrəli evin ümumi sahəsi 69,20 m2 olan 71 nömrəli mənzilini aldığı kreditin qaytarılmasının təminatı kimi Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan İddiaçı aldığı krediti qrafikə uyğun olaraq qaytara bilməmiş və onun müraciəti əsasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc restruktrizasiya edilmiş və tərəflər arasında yeni xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 36 % hesablanmaqla ilk üç ayı faizlərin ödənilməsində güzəşt edilməklə 39 ay müddətinə 39682 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 2 nömrəli evin 71 nömrəli mənzilinin Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2020-ci il tarixdə tərəflər arasında sonrakı ipoteka müqavilə bağlanmışdır. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2020-ci il tarixdə müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtinə əsasən 2020-ci ilin iyun, iyul, avqust ayları üçün İddiaçı hər ay 1190,50 manat əsas borcdan ödəniş etməli və həmin üç ay ərzində faiz ödəməməli, 2020-ci ilin sentyabr ayından başlayaraq əsas və faiz borcu birlikdə olmaqla hər ay üçün 1817,60 manat vəsaiti Cavabdeh BOKT ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş üç aylıq güzəşt müddətində İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı bir vəsait ödəməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci ildə 1.700 manat, xx.xx.2020-ci ildə 800 manat, xx.xx.2020-ci ildə 1000 manat, xx.xx.2020-ci ildə 2250 manat, xx.xx.2021ci ildə 1300 manat, xx.xx.2021-ci ildə 1400 manat, xx.xx.2021-ci ildə 1400 manat olmaqla, cəmi 9850 manat vəsait ödəmişdir. Güzəşt müddətində heç bir ödəniş olmadığına görə, bu müddət bitdikdən sonra ödənilən cəmi 9850 manat vəsait faizlərin hesabına silinmişdir. Əsas borc isə 38682 manat olmaqla, ödənilməmiş qalmışdır. xx.xx.2021-ci il tarixdən sonra hər hansı bir ödəniş olmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 1.9-cu bəndində göstərildiyi kimi İddiaçı komisyon haqqı alınmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi, həmçinin xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanan zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəblərdən İddiaçı iddiasını əsassız hesab edir. Cavabdeh BOKT ASC dəfələrlə İddiaçı müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə İddiaçı bildiriş məktubu göndərilmişdir. Lakin borc ödənilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı onunla Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit və xx.xx.2020-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, ikinci iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas borc, 12767,6 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 52499,6 manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pulun iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 106000 manat müəyyən edilməklə ünvan 1, 71 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada cavabdehdən tutulması, Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi ev 2, 71 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, onun iddiasının təmin, Cavabdeh BOKT ASC-nin iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında əvvəlcə xx.xx.2020-ci il tarixdə, illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 40000 manatlıq kredit müqaviləsi bağlanılmış, borcun qaytarılması çətinləşdiyi üçün sonradan guya güzəşt edilərək əlverişli şərtlərlə xx.xx.2020-ci il tarixli, illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 39682 manatlıq kredit müqaviləsi bağlanılmış, saziş üzrə xeyli miqdarda vəsait ödənilmişdir. Kredit borcunun restrukturizasiyası məqsədilə razılaşdırılmış saziş üzrə yeni güzəştli kredit müqaviləsinin bağlanılması təmin edilməmiş, ikinci müqavilə birinci müqavilədən demək olar ki, heç nəyi ilə fərqlənməmiş, ödənilmiş pullar kredit borcundan çıxılmamış, bununla da qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmuş, aldadılmışdır. Bundan başqa, Cavabdeh BOKT ASC-nin iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir və bankın birtərəfli hesablamalarına əsaslanır. Götürülən pulun bir hissəsinin ödənilməsinə baxmayaraq yenidən yüksək məbləğ tələb edilməsini ədalətsizlik hesab edirlər. Qeyd edirlər ki, xx.xx.2020-ci il tarixdə imzalanmış müqavilə üzrə 11250 manat vəsait ödənilmişdir. Lakin cavabdeh təşkilat buna əhəmiyyət verməyərək yüksək faiz hesablayıb tələb etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Mövcud müqavilə və şərtlərlə hüquqları mürəkkəbləşdirilmişdir. Mövcud müqavilələr (sənədlər) Bankın mənafeyinə uyğun hazırlanmışdır. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunun müddəalarını tətbiq etməmişdir. Belə ki, hazırki münasibətlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi tətbiq edilməli və Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız hesab edilməli idi. 339.1-ci maddəyə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Çətin vəziyyətə düşməsindən istifadə edən bank iddiaçı ilə son dərəcə əlverişsiz şərtlərlə saziş bağlamış, birinci instansiya məhkəməsi isə bu xüsusata hüquqi qiymət verməmişdir. İşdə olan sübutlar düzgün qiymətləndiriliməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh BOKT ASC-nin iddia tələbinin həcminin artırılmasına dair ərizəsini və ona əlavə edilən sənədləri qəbul etməklə Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinin tələblərini pozmuşdur. Çünki, mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan təkrar müqavilənin bağlanılması ilə bağlı faktiki hallar, aldatma və faizlərlə bağlı xüsusatlar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində işə baxan məhkəmə mübahisələndirilən müqavilənin kredit borcunun restrukturizasiyası məqsədilə razılaşdırıldığını, yeni güzəştli kredit müqaviləsi olduğunu və standart şərtlərə uyğun gəlməsi xüsusatları üzrə araşdırma aparmamışdır. Cavabdeh BOKT ASC-nin təqdim etdiyi yolverilməz sənədlərdən istifadə etmişdir. Birinci instaniya məhkməsində iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamış, hətta məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh BOKT ASC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə Cavabdeh BOKT ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-cı il tarixli, 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh BOKT ASC tərəfindən borcalan İddiaçı illik 36 faiz hesablanmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 40000 manat kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 69,20 m2 olan 71 nömrəli mənzili xx.xx.2020-cı il tarixli, 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinin təminatı kimi dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilməklə Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı restrukturizasiya məqsədilə illik 36 % dərəcəsi ilə 39 ay müddətinə 39682 manat məbləğində kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00094-11P ipoteka müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 2, 71 nömrəli mənzili dəyəri tərəflərin razılığına əsasən 96.000 manat müəyyən edilməklə Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 2 ünvanda yerləşən 71 nömrəli mənzil xx.xx.2020-ci il tarixli 2020/00094-01 nömrəli kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi İddiaçı tərəfinfən Cavabdeh BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********23 nömrəli məktubuna əsasən Cavabdeh BOKT ASC xx.xx.2021-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün elektron qaydada Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsindəki 2 nömrəli evin 71 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh BOKT ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 39682 manat əsas borc, 12767,6 manat faiz, 18094,99 manat dəbbə pulu olmaqla, cəmi 70544,59 manat borcu yaranmışdır. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2050 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 06 may 2020-ci il tarixli, 2020/00094-01 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh İddiaçı Cavabdeh BOKT ASC-yə sualda soruşulan xx.xx.2021-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: Əsas borc üzrə – 39682 manat; Faiz üzrə – 12768,74 manat. Göründüyü kimi, məhkəməyə təqdim olunmuş maliyyə arayışında əsas borc və faiz düzgün hesablanmışdır və birinci instansiya məhkəməsi maliyyə arayışına istinad etməkdə haqlı olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, LP-093/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 2 saylı evin 71 saylı mənzilinin hazırki dövr üçün bazar qiyməti 116000 manat, likvid dəyəri isə 106000 manat təşkil edir. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və xx.xx.2020ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçı kredit və ipoteka müqaviləsinin bank tərəfindən onu aldadaraq və onun savadsızlığından istifadə edərək bağladığını bildirsə də, məhkəməyə iddia tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Göründüyü kimi, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Cavabdeh İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh BOKT ASC-nin iddiasını İddiaçı xx.xx.2020-ci il tarixli 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas borc, 12767,6 manat faizin tutulması hissəsində əsaslı hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi cərimənin tutulması ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməli və müqavilələr üzrə hesablanmış dəbbə pulu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin tutulacaq borcun cavabdeh İddiaçı mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Göründüyü kimi, cavabdeh İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən tutma cavabdeh İddiaçı ipoteka ilə yüklü edilmiş əmlakına yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3, 39.3.3-cü maddələrinə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 2 saylı evin 71 nömrəli mənzilinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 96000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş rəydə ipoetka predmetinin likvid dəyəri 106000 manat müəyyən edilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi haqlı olaraq ipoteka predmetinin ilkin satış qiymətini qiymətləndirici rəyinə əsasən əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən etmişdir. Bundan başqa, iddia tələbi ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması hissəsində təmin edilərkən düzgün hüquqi nəticəyə gəlinmişdir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Həmçinin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh BOKT ASC-nin iddiası qismən təmin edildiyindən ekspertiza xərci olan 400 manat məbləğində pulun İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması barədə qənaətə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsini rədd, Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci insatnsiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1709/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1709/2022
07.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver