Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4935/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı, “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair birinci və ona birləşdirilmiş Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ikinci mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklü edilmiş əmlakın girovdan azad edilməsi, götürülən kredit məbləğinin ödənilmiş hesab edilməsi, cərimələrin, faizlərin, dəbbə pullarının silinməsi və artıq ödənilmiş pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış 06.05.2020-ci il tarixli 2016/00312-01 nömrəli kredit müqaviləsinin və 11.02.2020-ci il tarixli 2020/00048-011P nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə yüklü edilmiş əmlakın girovdan azad edilməsi, götürülmüş 39.682 manat kredit məbləğinin ödənilmiş hesab edilməsi, cərimələrin, faizlərin silinməsi, artıq ödənilmiş 3.412 manat pulun Cavabdeh BOKT ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (2(004)-4935/2021 nömrəli mülki iş) İddiaçı Cavabdeh BOKT ASC cavabdeh İddiaçı qarşı “borc tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi” tələbinə dair dair iddia ərizəsi ilə 18.08.2021-ci il tarixdə müraciət edərək, tərəflər arasında bağlanmış 06 may 2020-ci il tarixli 2020/00094-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 06 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 39.682 manat əsas borc, hesablanmış 7.767,92 manat faiz borcu, 12.976,01 manat dəbbə pulu olmaqla, cəmi 60.425,93 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı qıznın mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsiində yerləşən 2 nömrəli evin 71 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 96.000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına 39.682 manat əsas borc, ona hesablanmış 7.767,92 manat faiz borcu, 12.976,01 manat dəbbə pulu olmaqla, cəmi 60.425,93 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əп geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (2(004)-5442/2021 nömrəli mülki iş) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(004)-5442/2021 nömrəli qərardadı ilə 2(004)-5442/2021 nömrəli mülki iş, 2(004)-4935/2021 nömrəli mülki işə birləşdirilmişdir. Birinci iş üzrə İddiaçı 06.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh BOKT ASC-yə qarşı onunla Cavabdeh BOKT ASC arasında bağlanmış 06.05.2020-ci il tarixli kredit və 11.02.2020-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə iddiaçı 06.12.2021-ci il tarixdə iddianın həcminin artırılması ilə bağlı ərizə verərək Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanılmış 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas, 12767,6 manat faiz, 18094,99 manat cərimə olmaqla, cəmi 70544,59 manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 96000 manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdehdən tutulması, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzil tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh BOKT ASC-nin iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 11.02.2020-cı il tarixli 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən İddiaçı tibbi avadanlığın alınması üçün Cavabdeh BOKT ASC-dən illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 40.000 manat kredit götürmüşdür. Verilmiş qrafikə uyğun olaraq İddiaçı Cavabdeh BOKT ASC-yə hər ay 1832 manat ödəməli idi. Tərəflər arasında bağlanmış 11.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində yerləşən 2 nömrəli evin ümumi sahəsi 69,20 kv.m olan 71 nömrəli mənzilini aldığı kreditin qaytarılmasının təminatı kimi Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilədən irəli gələn qrafiq üzrə hər ay 1832 manat olmaqla üç ay ödəniş etsə də, növbəti aylar üçün ödəyicilik qabiliyyəti aşağı düşmüş və mövcud qrafik üzrə ödənişləri həyata keçirə bilməməmişdir. İddiaçı maddi imkanlarına, baş vermiş "Covid19" pandemiyası ilə bağlı və digər səbəblərdən qazanc əldə edə bilməmiş, krediti qrafiq üzrə ödəyə bilməyəcəyini cavabdehə bildirmişdir. Cavabdeh vəziyyətdən çıxış yolu olaraq üç ay əvvəl bağlanılmış müqaviləyə xitam verilməklə yeni tarixlə hər ay 1700 manat ödəmək şərtilə üç ay güzəşt edilməklə 39 ay müddətinə 39.682 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlana biləcəyini bildirmişdir. Həmçinin, verilən güzəşt çərçivəsində əvvəl ödənilən komisiyon və üç ay ödənilən 5500 manatdan çox pulul sonradan axırıncı götürülən kredit məbləğindən çıxılacağı və indiki kredit üçün ümumi məbləğin 11,1 faizini ödəməli olduğu bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehin dediklərinə inanıb 06.05.2020-ci il tarixdə yeni kredit müqaviləsi bağlamışdır. İddiaçı maddi vəziyyətinə görə yenə də müqavilə üzrə öhdəliyin birinci ayını tam yerinə yetirmiş, sonradan gecikmələr olsa da müxtəlif məbləğlərdə krediti ardıcıllıqla ödəməyə (08.09.2020-ci il üçün 1700 manat, 15 oktyabr 2020-ci il üçün 800 manat, 10 noyabr 2020ci il üçün 1000 manat, 11 dekabr 2020-ci il üçün 2250 manat, 12 yanvar 2021-ci il üçün 1300 manat, 11 fevral 2021-ci il üçün 1400 manat, 12 mart 2021-ci il üçün 1400 manat, 12 aprel 2021-ci il üçün 1400 manat və s.) başlamışdır. İddiaçı ümümilikdə 7050 manat ödəniş etmişdir. İddiaçının ödədiyi məbləğlər faizə çıxılmışdır. Həmçinin yeni müqavilə üzrə götürülən kreditin ümumi məbləğinin 11,1 faizi komisiyon haqqına çıxılmışdır. Komisiyon haqları əvvəlcədən nəqd şəkilində alınmışdır. Ümumilikdə iddiaçı hər iki müqavilə üzrə əvvəlcədən cavabdehə ilkin müqavilə üzrə 5.500 manatdan çox olmaqla, hər iki müqavilə üzrə komisiyon haqq üçün 8.000 manatdan çox pul ödəmişdir. Cavabdeh BOKT ASC-yə müqavilə üzrə ödənişdən daha çox pul ödəsə də, cavabdeh yenidən ona əsassız olaraq əsas, faiz və dəbbə pulu hesablamaqla 21.797,73 manat pul tələb edir. Kredit götürərkən iddiaçıya bildirilmişdir ki, imkanı olduqca pulları ödəsin ki, borc məbləğinin üstündən silinsin. İddiaçı imkanına uyğun şəkildə krediti bu səkildə ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, istər müqavilənin məzmunu, istərsə də cavabdehin əməkdaşlarının şifahi dedikləri saxta imiş. Bu barədə cavabdehin xəbərdarlıq məktubu gəldikdən sonra bilmişdir. Məktub gəldikdən sonra iddiaçı cavabdehlə danışıqlar aparmış və bilmişdir ki, cavabdeh iddiaçının hüquqi savadsızlığından sui-istifadə edərək, əvvəlcədən düşünülmüş şəkildə onun pullarını, əmlakını mənimsəyərək saxtakarlıq etmiş, qanunla qorunan konstitusiyon hüquqlarını kobud şəkildə pozmuş, iddiaçının və digər ailə üzvlərinin vəziyyətini çox acınacaqlı şəklə salmışdır. Həmçinin, ipoteka müqaviləsi bağlanarkən mənzilinə çox aşağı qiymət - 96.000 manat qoyulmuşdur. Hesab edir ki, əslində əmlakın dəyəri olduqca yüksəkdir. Əvvəlki məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh BOKT ASC-nin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 11.02.2020-cı il tarixli 2020/00048-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh BOKT ASC borcalan İddiaçı illik 36 faiz hesablanmaqla 39 ay müddətinə qaytarmaq şərti ilə 40.000 manat kredit vermişdir. Verilmiş qrafikə uyğun olaraq İddiaçı Cavabdeh BOKT ASC-yə hər ay 1832 manat ödəməli idi. Tərəflər arasında bağlanmış 11.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsindəki 2 nömrəli evin ümumi sahəsi 69,20 kv.m olan 71 nömrəli mənzilini aldığı kreditin qaytarılmasının təminatı kimi Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan İddiaçı aldığı krediti qrafikə uyğun olaraq qaytara bilməmiş və onun müraciəti əsasında 11.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc restruktrizasiya edilmiş və tərəflər arasında yeni 06.05.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. 06.05.2020- ci il tarixli kredit müqaviləsinə əsasən illik 36% hesablanmaqla ilk üç ayı faizlərin ödənilməsində güzəşt edilməklə 39 ay müddətinə 39682 manat kredit verilmişdir. 06.05.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 2 nömrəli evin 71 nömrəli mənzilinin Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsinə dair 06.05.2020-ci il tarixdə tərəflər arasında sonrakı ipoteka müqavilə bağlanmışdır. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və 12.05.2020-ci il tarixdə müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilmişdir. 06.05.2020-ci il tarixli kredit müqaviləsinin şərtinə əsasən 2020-ci ilin iyun, iyul, avqust ayları üçün İddiaçı hər ay 1190,50 manat əsas borcdan ödəniş etməli və həmin üç ay ərzində faiz ödəməməli, 2020ci ilin sentyabr ayından başlayaraq əsas və faiz borcu birlikdə olmaqla hər ay üçün 1817,60 manat vəsaiti Cavabdeh BOKT ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən edilmiş üç aylıq güzəşt müddətində İddiaçı 06.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı bir vəsait ödəməmişdir. İddiaçı 06.05.2020-ci il tarixli kredit müqaviləsi üzrə 08.09.2020-ci ildə 1.700 manat, 15.10.2020-ci ildə 800 manat, 10.11.2020-ci ildə 1.000 manat, 11.12.2020-ci ildə 2.250 manat, 12.01.2021-ci ildə 1.300 manat, 11.03.2021-ci ildə 1.400 manat, 12.04.2021-ci ildə 1.400 manat olmaqla, cəmi 9.850 manat vəsait ödəmişdir. Güzəşt müddətində heç bir ödəniş olmadığına görə, bu müddət bitdikdən sonra ödənilən cəmi 9.850 manat vəsait faizlərin hesabına silinmişdir. Əsas borc isə 38.682 manat olmaqla, ödənilməmiş qalmışdır. 12.04.2021-ci il tarixdən sonra hər hansı bir ödəniş olmamışdır. 06.05.2020-ci il tarixli kredit müqaviləsinin 1.9-cu bəndində göstərildiyi kimi İddiaçı komisyon haqqı alınmamışdır. 11.02.2020-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi, həmçinin 06.05.2020- ci il tarixli kredit müqaviləsi və 06.05.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanan zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəblərdən İddiaçı iddiasını əsassız hesab edir. “Finoko" BOKT ASC dəfələrlə İddiaçı müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə İddiaçı bildiriş məktubu göndərilmişdir. Lakin borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı, Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndənin izahatını təsdiq etdiyini bildirir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə iddia tələbi rədd, ikinci iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 11.02.2020-cı il tarixli 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh BOKT ASC tərəfindən borcalan İddiaçı illik 36 faiz hesablanmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 40000 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 11.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, ümumi sahəsi 69,20 kv.m olan 71 nömrəli mənzili 11.02.2020-cı il tarixli 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinin təminatı kimi dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilməklə Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Finoko” BOKT ASC ilə İddiaçı arasında bağlanmış 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı restrukturizasiya məqsədilə illik 36% dərəcəsi ilə 39 ay müddətinə 39682 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 06.05.2020-ci il tarixli, 2020/00094-11P ipoteka müqaviləsinə əsasən 06.05.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzili dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilməklə Cavabdeh BOKT ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzil 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi İddiaçı tərəfinfən Cavabdeh BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 12.05.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, **********23 nömrəli məktubuna əsasən Cavabdeh BOKT ASC 25.06.2021-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün elektron qaydada Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və 07.07.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsindəki 2 nömrəli evin 71 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh BOKT ASC-nin 06.12.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı 06.05.2020-cı il tarixli kredit müqaviləsi üzrə 06.12.2021-ci il tarixə 39682 manat əsas borc, 12767,6 manat faiz borcu, 18094,99 manat dəbbə pulu olmaqla, cəmi 70544,59 manat borcu yaranmışdır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə "xxxx" MMC tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, LP-093/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzilin hazırki dövr üçün bazar qiyməti 116000 manat, likvid dəyəri isə 106000 manat təşkil edir. Məhkəmə 06.05.2020-ci il tarixli kredit müqaviləsi və 11.02.2020-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı kredit və ipoteka müqaviləsinin bank tərəfindən onu aldadaraq və onun savadsızlığından istifadə edərək bağladığını bildirsə də, məhkəməyə iddia tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, birinci iş üzrə iddia rədd olunmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas, 12767,6 manat faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və müqavilələr üzrə hesablanmış dəbbə pulu azaldılmalıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə borcunun miqdarı 2020/00094- 01 saylı kredit razılaşması üzrə 50 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun cavabdeh İddiaçı mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, tutma cavabdeh İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi 06.05.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin qarşılıqlı razılığına əsasən Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzilin dəyəri 96000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri 106000 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakının likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması hissəsində təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldildikdən sonra həmin daşınmaz əmlak 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdeh İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, birinci iş üzrə iddia rədd, ikinci iş üzrə iddia qismən təmin edilməli, ikinci iş üzrə iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, birinci iş üzrə iddia rədd edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ikinci iş üzrə iddia qismən təmin edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ikinci iş üzrə iddia qismən təmin edildiyindən ekspertiza xərci olan 400 manat məbləğində pul İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iş üzrə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı onunla Cavabdeh BOKT ASC arasında bağlanmış 06.05.2020-ci il tarixli kredit və 11.02.2020-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İkinci iş üzrə iddia qismən təmin edilsin. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanılmış 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı 06.05.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit razılaşması üzrə 39682 manat əsas, 12767,6 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 52499,6 (əlli iki min dörd yüz doxsan doqquz manat altmış qəpik) manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 106000 (yüz altı min) manat müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdehdən tutulsun. Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, 71 nömrəli mənzil tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4935/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4935/2021
06.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver