Məhkəmə qərarları › İş №2(102)-5798/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5798/2022

12.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5798/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə; Cavabdeh Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı tələbləri barədə bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, ipoteka predmetinə tutma yönəldilməsi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə; Cavabdeh BOKT ASC-n in İddiaçı qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)-1709/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya borcalan) ilə Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Kredit Təşkilatı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsi əsasında Kredit Təşkilatı tərəfindən iddiaçıya illik 36 faiz hesablanmaqla 36 ay müddətinə, hissə-hissə (ayl ıq 1832 manat) qaytarmaq şərti ilə 40000 manat kredit verilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 2, ümumi sahəsi 69,20 kv.m olan 71 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti və ya mənzil) xx.xx.2020-cı il tarixli 2020/00048-01 nömrəli istehlak kredit müqaviləsinin təminatı kimi dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilməklə Kredit Təşkilatı qarşısında ipoteka ilə yüklü etmişdir.

3. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00094-01 nömrəli kredit müqaviləsinə əsasən Kredit Təşkilatı tərəfindən iddiaçıya restrukturizasiya məqsədilə illik 36% dərəcəsi ilə üç ay güzəşt müddəti verilməklə 39 ay müddətinə hissə-hissə qaytar maq şərti ilə 39682 manat kredit verilmişdir. Müqavilənin 1.9-cu bəndinə əsasən kredit üzrə komisyon haqqı nəzərdə tutulmamışdır.

4. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan 2020-ci ilin iyun, iyul, avqust ayları üçün hər ay 1190,50 manat əsas borcdan ödəniş etməyi (həmin aylar üçün faiz ödənişi nəzərdə tutulmamışdır), 2020-ci ilin sentyabr ayından başlayaraq əsas və faiz borcu birlikdə olmaqla hər ay üçün 1817,60 manat vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. 5. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq mənzilin (dəyəri tərəflərin razılığına əsasən 96000 manat müəyyən edilməklə) Kredit Təşkilatı qarşısında ipoteka ilə yüklü edilməsi barədə tərəflər arasında yenidən xx.xx.2020-ci il tarixli, 2020/00094-11P nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka i lə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (bundan sonra – birinci iddia) məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə yüklü edilmiş əmlakın girovdan azad edilməsi, götürülmüş 39.682 manat kredit məbləğinin ödənilmiş hesab edilməsi, cərimələrin, faizlərin silinməsi, artıq ödənilmiş 3.412 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılm ışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə üç ay ödəniş etsə də, növbəti aylar üçün ödəmə qabiliyyəti aşağı düşmüş və mövcud qrafik üzrə ödənişləri həyata keçirə bilməməmişdir. Məcburiyyət qarşısında qalaraq, cavabdehin dediklərinə inanıb, xx.xx.2020-ci il tarixdə yeni kredit müqaviləsi bağlamışdır. Yenu müqavilə üzrə öhdəliyin birinci ayını tam yerinə yetirmiş, maddi vəziyyətinə görə sonradan gecikmələr olsa da, müxtəlif məbləğlərdə krediti ardıcıllıqla ödəməyə (xx.xx.2020-ci il üçün 1.700 manat, 15 oktyabr 2020-ci il üçün 800 manat, 10 noyabr 2020-ci il üçün 1.000 manat, 11 dekabr 2020-ci il üçün 2.250 manat, 12 yanvar 2021-ci il üçün 1.300 manat, 11 fevral 2021-ci il üçün 1.400 manat, 12 mart 2021-ci il üçün 1.400 manat, 12 aprel 2021-ci il üçün 1.400 manat və s.) başlamı ş, ümümilikdə 7050 manat ödəniş etmiş, lakin ödədiyi məbləğlər faizə çıxılmışdır. Həmçinin, yeni müqavilə üzrə götürülən kreditin ümumi məbləğinin 11,1 faizi komisiyon haqqına çıxılmışdır. Komisiyon haqları əvvəlcədən nəğd şəkilində alınmışdır. Ümumilikdə hər iki müqavilə üzrə əvvəlcədən cavabdehə ilkin müqavilə üzrə 5500 manatdan çox olmaqla, hər iki müqavilə üzrə komisiyon haqq üçün 8000 manatdan çox pul ödəmişdir. Cavabdehə müqavilə üzrə ödənişdən daha çox pul ödəsə də, cavabdeh yenidən ona əsassız olaraq əsas, faiz və dəbbə pulu hesablamaqla 21797,73 manat pul tələb edir. Sonradan ona məlum olmuşdur ki, müqavilənin məzmunu və cavabdehin əməkdaşlarının şifahi dedikləri saxta imiş. Bu barədə cavabdehin xəbərdarlıq məktubu gəldikdən sonra bilmişdir. Bununla bağlı apardığı danışıqlar fay da verməmiş, cavabdeh iddiaçının hüquqi savadsızlığından sui-istifadə edərək, əvvəlcədən düşünülmüş şəkildə onun pullarını, əmlakını mənimsəmiş, onu və digər ailə üzvlərini çox acınacaqlı vəziyyətə salmışdır. Həmçinin, ipoteka müqaviləsi bağlanarkən mənzilinə çox aşağı - 96000 manat qiymət qoyulmuşdur, əslində əmlakın dəyəri olduqca yüksəkdir.

8. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi, sonradan iddianın həcminin artırılması ilə bağlı ərizə verərək (bundan sonra – ikinci iddia) tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçıdan xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə 39682 manat əsas, 12767,6 manat faiz, 18094,99 manat cərimə olmaqla, cəmi 70544,59 manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 manat və ödənilmiş d övlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pul vəsaitinin Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 96000 manat müəyyən edilməklə ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada iddiaçıdan tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci müqavilə üzrə üç aylıq güzəşt müddətində iddiaçı hər hansı bir vəsait ödəməmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2 021-ci il tarixə kimi cəmi 9850 manat vəsait ödəmişdir. Güzəşt müddətində heç bir ödəniş olmadığına görə, bu müddət bitdikdən sonra ödənilən cəmi 9850 manat vəsait faizlərin hesabına silinmişdir. Əsas borc isə 38682 manat olmaqla, ödənilməmiş qalmışdır. xx.xx.2021-ci il tarixdən sonra hər hansı bir ödəniş olmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 1.9-cu bəndində göstərildiyi kimi iddiaçıdan komisyon haqqı alınmamışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi, həmçinin xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanan zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəblərdən idiaçının tələbi əsassızdır. Kredit Təşkilatı dəfələrlə iddiaçıya müraciət edərək, əsas kredit məbləği və o na hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, lakin borc ödənilməmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

11. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, LP093/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən ipoteka predmeti olan mənzilin hazırkı dövr üçün bazar qiymətinin 116000 manat, likvid dəyərinin isə 106000 manat təşkil etdiyi müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(004)-4935/2021 nömrəli qətnaməsi ilə (hakim G.Axundova) birinci iddia rədd edilmiş, ikinci iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçıdan xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə 39682 manat əsas borc, 12767,6 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 52499,6 manat borc, qiymətləndirmə ilə bağlı tədqiqatın dəyəri olan 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pulun Kredit Təşkilatının xeyrinə tutulması; tutmanın ilkin satış qiyməti 106000 manat müəyyən edilməklə ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borc ödənildikdən sonra artıq qalan məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada iddiaçıdan tutulması, mənzilin tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılmas ı qət edilmişdir. 13. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı, məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit və ipoteka müqaviləsinin Kredit Təşkilatı tərəfindən onu aldadaraq və onun savadsızlığından istifadə edərək bağladığını bildirsə də, məhkəməyə iddia tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, Kredit Təşkilatı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

15. Məhkəmə cərimə borcunun tutulması ilə bağlı bildirmişdir ki, həmin hissədə tələb qismən təmin edilməli və müqavilələr üzrə hesablanmış dəbbə pulu azaldılmal ıdır.

16. Məhkəmə iddiaçı tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, tutulacaq dəbbə borcunun miqdarı 50 manat müəyyən edilməlidir.

17. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, tutma iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, Kredit Təşkilatının kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır.

18. Həmçinin, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.5, 317.1, 319.1, 324.1, 337.1, 347.1, 354.2, 390.1, 442, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 36.2, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək birinci iddia tələbinin təmin edilməsi, ikinci iddia tələbinin rədd edilm əsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunun restrukturizasiyası məqsədilə razılaşdırılmış saziş üzrə yeni güzəştli kredit müqaviləsinin bağlanılması təmin edilməmiş, ikinci müqavilə birinci müqavilədən demək olar ki, heç nəyi ilə fərqlənməmiş, ödənilmiş pullar kredit borcundan çıxılmamış, bununla da qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmuş, aldadılmışdır. Bundan başqa, cavabdehin iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir və onun birtərəfli hesablamalarına əsaslanır. xx.xx.2020-ci il tarixdə imzalanmış müqavilə üzrə 11250 manat vəsait ödənilmişdir. Lakin cavabdeh buna əhəmiyyət verməyərək, yüksək faiz hesablayıb, tələb etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Mövcud müqavilə və şər tlərlə hüquqları mürəkkəbləşdirilmişdir. Mövcud müqavilələr (sənədlər) bankın mənafeyinə uyğun hazırlanmışdır. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunun müddəalarını tətbiq etməmişdir. Belə ki, hazırki münasibətlər üzrə Mülki Məcəllənin 337.1ci maddəsi tətbiq edilməli və Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız hesab edilməli idi. Çətin vəziyyətə düşməsindən istifadə edən cavabdeh, iddiaçı ilə son dərəcə əlverişsiz şərtlərlə saziş bağlamış, birinci instansiya məhkəməsi isə bu xüsusata hüquqi qiymət verməmişdir. İşdə olan sübutlar düzgün qiymətləndiriliməmişdir. Bundan başqa, məhkəmə cavabdehin iddia tələbinin həcminin artırılmasına dair ərizəsini və ona əlavə edilən sənədləri qəbul etməklə MPM-in 10-1.3-cü maddəsinin tələblərini pozmuşdur. Çünk i, mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli idi. İş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamış, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təmin edilməmişdir.

22. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 aprel 2022-ci il tarixli 9/2050 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli kredit mü qaviləsinin şərtləri nəzərə alınaraq iddiaçının Kredit Təşkilatına xx.xx.2021-ci il tarixə olan borcu, əsas borc üzrə 39682 manat, faiz üzrə 12768,74 manat müəyyən edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 07 iyun 2022-ci il tarixli 2(103)-1709/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyəti maddi hüquq normalarına istinad edərək, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

25. Apellyasiya instansi yası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq müəyyən etmişdir ki, məhkəməyə təqdim olunmuş maliyyə arayışında əsas borc və faiz düzgün hesablanmışdır və birinci instansiya məhkəməsi maliyyə arayışına istinad etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci insatnsiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsini, birinci iddia tələbinin təmin olunması, ikinci iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçını qanunla müəyyən olunmuş mülkiyyət hüququndan məhrum etmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan qanununun müddəalarını tətbiq etməmişdir. Kassator Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırkı münasibətlər üzrə qeyd edilən norma tətbiq edilərək Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız hesab edilməli idi.

29. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddia tələbi həcminin artırılmasına dair ərizəsini və ona əlavə edilən sənədlərin “Elektron m əhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, birbaşa verilməsi ilə bağlı qanunvericiliyin tələbinin pozulması ilə bağlı əsaslara münasibət bildirməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin tam elektronlaşmış məhkəmə olduğu nəzərə alınarsa, qanunvericiliyin tələbinə riayət edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində mübahisələndirilən müqavilənin kredit borcunun restrukturizasiyası məqsədilə razılaşdırıldığını, yeni güzəştli kredit müqaviləsi olduğunu və standart şərtlərə uyğun gəlməsi xüsusatları üzrə araşdırma aparmamış, cavabdehin məhkəməyə təqdim etdiyi heç bir əsası olmayan və yolverilməz sənədlərdən istifadə etdiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

32. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqu qunu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

37. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

38. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin q ətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlilləri əsasən birinci iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci v ə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

52. Nəzərə alınmalıdır ki, 2020-ci ilin mart ayında COVİD 19 pandemiyası yayıldıqdan sonra tərəflər öz aralarında yeni kredit müqaviləsi imzalamış, Kredit Təşkilatı iddiaçıya üç ay güzəşt müddəti verməklə və komissiya tutmamaq şərti ilə əvvəlki krediti restruktuzasiya etmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Kredit Təşkilatı tərəfindən kredit və ipoteka müqaviləsinin onu aldadaraq və onun savadsızlığından istifadə edərək bağlandığını bildirsə də, məhkəməyə iddia tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir.

53. Eyni zamanda baxılan iş üzrə Kredit Təşkilatının tələbin həcminin artırılması barədə ərizəsini elektron qaydada təqdin etməməsi qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM -in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulsa da, hal-hazırda hələ ki, yalnız kommersiya mübahisələri üzrə məhkəmə icraatı tam elektronlaşdırılmışdır. Mülki işlər üzrə elektron icraata keçid mərhələli şəkildə həyata keçirilir.

54. Məhkəmə kollegiyası, həmçini nəzərə alır ki, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1709/2022 nömrəli mülki iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar