Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4571/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, mərhum atası - xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ünvan 1 yerləşən yaşayış evində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, mərhum onun atasıdır və ölümündən əvvəl ailəsi ilə birlikdə ünvan 1 yaşamışdır. Mərhum atası 17 iyun 2022-ci il tarixdə yaşadıqları mənzildə ev şəraitində ürəyin işemik xəstəliyi səbəbindən vəfat etmiş və 18 iyun 2022-ci il tarixdə Binəqədi rayon qəbrstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün maraqlı şəxs olan Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, ərizənin təmin edilməsini və atası - xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, mərhum X5 onun əri olmuşdur və mərhum 17 iyun 2022-ci il tarixdə yaşadıqları mənzildə ev şəraitində ürəyin işemik xəstəliyi səbəbindən vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, obyektiv və hərtərəfli baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Sumqayıtda anadan olmuş, atası X5 və anası X3r. - Bakı şəhəri TTTYS-nın 4 saylı Bölməsinin 17 iyun 2022-ci il tarixli 0919 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, bina 3a, mənzil 4 ünvanına X5 adına çağırış daxil olmuş və mənzildə kişi meyiti aşkar edilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, X8 tərəfindən xx.xx.2022-ci il tarixli 740 saylı arayışından görünür ki, X1 rayonu, Binəqədi qəsəbəsinin “Keyrəki” qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. - İcbari Tibbi Sığorta üzrə Agentliyi Tibbi Ərazi X7 Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 140 nömrəli məktubundan görünür ki, ölüm haqqında təsdiqləyici sənədin olmaması səbəbindən tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli xx/xx-2502/15 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının qeydə alınması mümkün deyildir və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1957-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində faktiki yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və o, ölümündən sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Keyrəki” qəbristanlığında dəfn olunmuşdur. Hazırda ərizəçi məhrum atası X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4571/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4571/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver