Məhkəmə qərarları › İş №2(004)-4575/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4575/2025

07.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4575/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3 və 4.1-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3 və 4.1-ci bəndlərinin təsdiq edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişinə əsasən maraqlı tərəf Maraqlı şəxs ilə aralarında 23 noyabr 2014-cü ildə 3 saylı Bakı “Asan Xidmət” X1 bağlanmış 2351 saylı nikah qeydi 3 ay barışıq möhləti verilmədən pozulmasını, birgə nikahlarından 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 onun (analarının) himayəsində saxlanmaları şərti ilə yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025ci il tarixindən başlayaraq saxlanmaları üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə iki uşağa görə 492 (dör yüz doxsan iki) manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsi razılığı olmuşdur. Maraqlı şəxslə aralarında əldə edilmiş razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi qızma 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 50000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alman evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnun itirməklə evdən qeydiyyatdan çıxır.” hissəsində təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı tərəf Maraqlı şəxs 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişini icra etmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Sözügedən arqumentə münasibətdə məhkəmə bildirir ki, barışıq sazişinin ləğv edilməsi və ya onun etibarsız hesab edilməsi barədə müvafiq iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edilə bilər. Hazırda isə tərəflər arasında bağlanmış barışıq sazişinin prosessual baxımdan təsdiq edilməsi həyata keçirilir. Hazırki mərhələdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi əsas götürülməklə sözügedən sazişin prosessual baxımdan etibarsızlığı xüsusatları müəyyən edilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və “3. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025-ci il tarixindən başlayaraq saxlanması üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumi iki uşağa görə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyir. 4.1. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi qızma 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alınan evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnun itirməklə evdən qeydiyyatdan çıxır.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3 və 4.1-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 18 iyun 2025-ci il tarixdə, MŞB/13/2025-00679 saylı Barışıq Sazişi “3. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları 12 dekabr 2015-ci ildə anadan olmuş X3 və 05 yanvar 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi 20 iyul 2025-ci il tarixindən başlayaraq saxlanması üçün hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumi iki uşağa görə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyir. 4.1. Razılığa əsasən ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi qızma 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs tərəfindən 150000 (yüz əlli min) manat məbləğində Bakı şəhəri ərazisində alınan evi qəbul etdikdə və ev birinci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsinin 244 saylı, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnun itirməklə evdən qeydiyyatdan çıxır.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar