Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4582/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 mart 1938-ci il təvəllüdlü X2 12 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. Mərhum X1 20.03.1938-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. Atasının halı dəyişən kimi X16 çağırmışlar, lakin Yardım Stansiyasının həkimləri gələnə kimi atası dünyasını dəyişmişdir. Bu barədə 8 saylı təcili yardım bölməsindən müvafiq arayış da verilmişdir. Atası vəfat etdikdən sonra onu Siyəzən şəhər qəbirstanlığında dəfn etmişlər. Bu barədə arayış da almışdır. Yas mərasimini keçirdikdən sonra atasının vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Səbail rayon Qeydiyyat şöbəsinin 01.06.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, Ərizəçi qaynatasıdır. Mərhum 4 ay idi ki, yataq xəstəsi idi. 21.05.2021-ci il tarixdə vəfat etdi. Dəfn mərasimində də iştirak etmişdir. Siyəzən şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Ərizəçi həyat yoldaşıdır. Mərhum qaynX1 uzun müddət idi ki, xəstə idi, infakt keçirmişdi. 21.05.2021-ci il tarixdə vəfat etdi. Mərhum Siyəzən şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ ******* saylı 06.09.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 03 avqust 1966-cı il tarixdə anadan olmuşdur. X1, anası X3r. 03.06.2021-ci il tarixli Siyəzən Bələdiyyəsi tərəfindən verilmiş aktdan görünür ki, Bakı şəhər sakini X5 12 may 2021-ci il tarixində Siyəzən şəhər qəbirstanlığında dəfn olunmuşdur. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 01.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçiyə Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının 12 may 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 12.05.2021-ci il tarixdə saat 11.15 radələrdə ünvan 2 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi Fuad Hacıyev yerinə yetirmiş və X2 həkimə qədər vəfat etməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 20.03.1938-ci ildə Dəvəçi rayonunda anadan olmuş X2 12 may 2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.03.1938-ci ildə Dəvəçi rayonunda anadan olmuş X2 12 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4582/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4582/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver