Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4593/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etməklə ölüm faktının təstiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqınd aşəhadətnamə verilməsinin Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəni dəqiqləşdirərək, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum əri X1 ilə birgə nikaından 06 iyul 1969-cu il tarixdə dünyaya gələn qızı X7 30 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümü ani olmuşdur. Tərəfindən dərhal 103 xidmətinə zəng vurularaq təcili tibbi yardın çağırılmış və 30 iyul 2023-cü ildə ölüm arayış verilmişdir. Bundan sonra qızının qeydiyyatda olduğu ərazi üzrə Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət edilmiş və ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu il tarixində Masallı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1969-cu il tarixində anadan olmuşdur. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1380 nömrəli 02 may 2019-cu il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ilə X1 xx.xx.1962ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ ******* nömrəli 03 oktyabr 1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 iyul 1969-cu ildə anadan olmuşdur. Uşağın atası X1, anası Ərizəçidır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 71 nömrəli məktubundan müəyyən olunur ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X5 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12.05 radələrində ünvan 2 ünvanına X3 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi S.Zeynalov yerinə yetirmişdir. Həkimqədər ölüm, qadın cinsli meyid qeyd edilmişdir. İş materiallarında olan X11 Məscidi dini icması tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü mərhumə X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Qobu qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi yaxın qohumudur. Mərhum ərizəçinin qızı Ülkər Axundova ərizəçi ilə birlikdə yaşayırdı. Vəfat edən zaman onların yanında olmamışdır. Sonradan eşitmişdir ki, mərhumə Ü.Axundova 30 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Qobu qəsəbə qəbiristanlığında, mərhum atasının yanında dəfn edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X3 30 iyul 2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4593/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4593/2023
25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver