Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-460/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü arvadı X4 14 noyabr 2022-ci il tarixində yaşadığı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1971-ci il tarixində anadan olmuş və halhazırda faktiki olaraq ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildə ailəsi ilə birgə yaşayır. Mərhum xx.xx.1974-cü il təvəllüdlü X8 onun həyat yoldaşıdır. Mərhum həyat yoldaşı 14 noyabr 2022-ci il tarixində səhhətində olan nasazlıqdan vəfat etmiş və 14 noyabr 2022-ci ildə Sabunçu rayon Pirşağa qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda müəyyən sənədlər var ki, onların alınması və ya düzəlməsi üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin hazırda onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. O, isə qısa bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 16 nömrəli şəhər poloklinikasınada rəsmi müraciət etmiş, lakin onlar da şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra o, mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyatda olduğu ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyimizi məsləhət görmüşlər. Bütün bu səbəblərdən də mən mərhum həyat yoldaşı X4 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 18 mart 1974-cü il təvəllüdlü X4 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-5321/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 16 saylı şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov məhəllə 565, ev 5, mənzil 5 qeydiyyatda olmaqla yaşayan və həmin ünvanda xx.xx.2022-ci il tarixində saat 08:12 radələrində vəfat edən xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixində həkim endokrinoloq tərəfindən “Şəkərli diabet” İİ tip diaqnozu ilə qeydiyyata götürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində həyat yoldaşı ilə birlikdə imtiyazlı dərman götürülməsi üçün həkim endokrinoloqa müraciət etmişdir. Ölüm səbəbi məlum olmadığı üçün,ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının 8 saylı bölməsinin xx.xx.2022ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci tarixdə çağırışla əlaqədar saat 08:12 dəqiqədə ünvan 3 ünvanında yerləşən 5 mənzilə gəlinmiş və çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş qadın cinsli meyit aşkar etmişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 321444 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 06 dekabr 1996-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Orucova” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır. Mərhum anası atasını oyadaraq özünü pis hiss etdiyini bildirmişdir. Anasının halı getdikcə pisləşmiş və anası sanitar qovşağa getmişdir. Orada onun ağzından köpük gəlmişdir. Onlar təcili tibbi yardım çağırsa da, təcili tibbi yardım gədikdə artıq anası vəfat etmişdir. Anasının dəfn mərasimində iştirak etmişdir. Anasını Sabunçu rayon Pirşağa qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, ərizəçi onun ərinin qardaşıdır. X3 özünü pis hiss etdiyindən ərizəçi onları çağırmışdır. X1 qovşaqda ağızından köpük gəlmişdir. Onlar təcili tibbi yardım çağırsa da, təcili tibbi yardım gədikdə artıq X8 vəfat etmişdir. O, X4 dəfn mərasimində iştirak etmişdir. X5 Sabunçu rayon Pirşağa qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X3 özünü pis hiss etdiyindən qardaşı onları çağırmışdır. X1 qovşaqda ağızından köpük gəlmişdir. Onlar təcili tibbi yardım çağırsa da, təcili tibbi yardım gədikdə artıq X8 vəfat etmişdir. O, X4 dəfn mərasimində iştirak etmişdir. X5 Sabunçu rayon Pirşağa qəbristanlığında dəfn etmişlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin arvadı olmuşdur. 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X2 rayon Pirşağa qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun həyat yoldaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin arvadının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə arvadının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin arvadı X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-460/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-460/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver